BP: Səngəçal terminalı “Şahdəniz-2” üzrə kommersiya qazını tədarük etməyə hazırdır | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP: Səngəçal terminalı “Şahdəniz-2” üzrə kommersiya qazını tədarük etməyə hazırdır

13:40 - 19 / 05 / 2018
BP: Səngəçal terminalı “Şahdəniz-2” üzrə kommersiya qazını tədarük etməyə hazırdır

Səngəçal terminalı “Şahdəniz-2” çərçivəsində kommersiya təbii qazını tədarük etməyə hazırdır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə BP şirkəti öz “twitter” səhifəsində bildirib. Qeyd edilir ki, terminalın genişləndirilməsi layihəsi çərçivəsində işlərin pik vaxtında 10 min nəfər çalışıb, 50 milyon nəfər-saat iş görülüb və dünya səviyyəli təhlükəsizlik tədbirləri təmin edilib.

“Təbii qaz “Şahdəniz-2” yatağının “Bravo” platformasından bir sıra sualtı boru kəmərləri ilə Səngəçal terminalına nəql ediləcək. Genişləndirmə çərçivəsində mövcud terminalın istehsal gücü ikiqat artacaq. Bu, əlavə 16 milyard kubmetr qazı emal və ixrac etməyə imkan verəcək. Yeni inşa edilmiş sistemə artıq ilk karbohidrogen daxil edilib. 2018-ci ildə “Şahdəniz-2” üzrə ilk kommersiya qazının ixracı hədəflənir”, - deyə BP-nin məlumatında qeyd edilir.

Qeyd edək ki, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft-qaz sənayesi üçün böyük əhəmiyyətə malik obyektlərdən biridir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulub. Terminala neft və qazı texnoloji emal edən qurğular, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin birinci nasos stansiyası, Cənubi Qafqaz boru kəmərinin (CQBK) kompressor stansiyası və digər qurğular daxildir. “Şahdəniz-2” çərçivəsində Səngəçal terminalında əsas genişləndirmə işləri aparılıb. Terminalın operatoru BP şirkətidir.

S.Xankişiyeva

 

Paylaş:
601

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər