BANM-ın tələbələri “SOCAR – KBR” tərəfindən işə götürüləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri “SOCAR – KBR” tərəfindən işə götürüləcək

14:45 - 22 / 05 / 2018
BANM-ın tələbələri “SOCAR – KBR” tərəfindən işə götürüləcək

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR – KBR MMC şirkətilə görüş keçirilib.

1news.az-a Ali Məktəbdən verilən məlumata görə, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, “SOCAR-KBR” MMC-nin Baş menecerinin müavini Nazim Qasımov, İnsan resursları üzrə menecer Səidə Qurbanova, əməliyyat meneceri Dave Clouting, BANM-ın sonuncu kurs tələbələri və əməkdaşları iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov “SOCAR – KBR” şirkətinin BANM-ın tələbələrinə olan marağını yüksək qiymətləndirdiyini qeyd edərək, qonaqlara təşəkkür edib. Rektor artıq neçə vaxtdır şirkətlə BANM arasında gedən danışıqlar əsasında SOCAR-ın iki müəssisəsi arasında əməkdaşlığın genişlənərək hazırki səviyyəyə gəlməsindən məmnunluğunu bildirib.

“SOCAR-KBR”-in Baş menecerinin müavini Nazim Qasımov  tələbələri salamlayaraq şirkət haqqında qısa məlumat verib və onları şirkətlə əməkdaşlığa ruhlandırıb.

Şirkətin əməliyyat mühəndisi Dave Clouting 2015-ci ildə yaradılan
“SOCAR-KBR” şirkətinin məqsədi, fəaliyyət sahəsi, şirkətin üzərində işlədiyi layihələr haqqında geniş təqdimatla tələbələr qarşısında çıxış edib. Daha sonra o, BANM-ın tələbələri üçün nəzərdə tutulmuş treninq planlarından danışıb, treninq keçiriləcək sahələri açıqlayıb.

Şirkətin İnsan resurları üzrə meneceri Səidə Qurbanova isə tələbələrə işə qəbul prosesi – CV və “Cover letter” üçün son müraciət tarixi, qiymətləndirmə testi (Assessment test) və intervyu ilə bağlı ətraflı məlumat verib.

Görüş “SOCAR-KBR”-da işləmək arzusunda olan tələbələrin sualları və şirkətin əməkdaşlarının əhatəli cavabları ilə yekunlaşıb.

Qeyd edək ki, “SOCAR-KBR” MMC-nin əsas fəaliyyətinə neft-qaz sektorunda kəşfiyyat, hasilat, emal və nəqliyyatla bağlı iş və sınaq xidmətləri, layihə, mühəndislik, texniki, satınalma, tikintiyə nəzarət və layihə idarəetməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlim, yerli personalın bilik və ekspertizasının inkişafı, layihələrin icra qrafiklərinə nəzarət kimi işlər daxildir.

1news.az

 

             

 

Paylaş:
324

Son xəbərlər

Sahibə Qafarova sədri Sinqapur parlamentinin sədri ilə görüşdü14 / 05 / 2024, 17:49Azərbaycan və Özbəkistan hərbi mütəxəssislərinin işçi görüşü keçirilib14 / 05 / 2024, 17:35Naxçıvanda intensiv yağışlar fəsadlar törədib - VİDEO14 / 05 / 2024, 17:27Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub14 / 05 / 2024, 17:14Musiqi məktəblərində işə qəbul üçün qeydiyyat bu tarixdə başa çatacaq14 / 05 / 2024, 17:11Azərbaycan ABŞ şirkəti ilə dekarbonizasiyanın modelləşdirilməsini müzakirə edib14 / 05 / 2024, 17:07Özünü MİDA-nın vəzifəli şəxsi kimi təqdim edib dələduzluq edən şəxsin məhkəməsi başlayır14 / 05 / 2024, 16:32Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ14 / 05 / 2024, 16:22Aytən Səfərova düşdüyü qəzadan danışdı: “O kadrları istərdim, siz də görəsiniz, amma...” - VİDEO14 / 05 / 2024, 16:14Sabahdan etibarən “Təmiz hava” aylığına start verilir14 / 05 / 2024, 16:00Ali Məhkəmədə yeni təyin olunmuş hakimlərin andiçmə mərasimi keçirilib14 / 05 / 2024, 15:58KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq14 / 05 / 2024, 15:55Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA - YENİLƏNİB14 / 05 / 2024, 15:38Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsindən azad olunub14 / 05 / 2024, 15:30Şeyxülislam Allahşükür Paşazadə “KAICIID 2024” Qlobal Forumunda iştirak edəcək14 / 05 / 2024, 15:26BMT Azərbaycan və PAŞA Holding “29 İqlim Söhbəti: COP29-a gedən yol” Proqramı çərçivəsində tədbir keçirib - FOTO14 / 05 / 2024, 15:13Bu gün Xalq artisti Bəhram Mansurovun anım günüdür14 / 05 / 2024, 15:09Sevinc Fətəliyeva: Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb14 / 05 / 2024, 15:03QDF “PAŞA Holding” və BMT-nin “COP 29-a gedən yol” tədbirində “Yaşıl guşə” ilə iştirak edib - FOTO14 / 05 / 2024, 14:51Göyçayda çaya tökülən tullantıların toplanması ilə bağlı hansı işlər görülür? - Rəsmi cavab14 / 05 / 2024, 14:45
Bütün xəbərlər