BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu

10:00 - 23 / 05 / 2018
BANM-da “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı oldu

Bakı Ali Neft Məktəbində (BANM) Kimya mühəndisliyi kafedrasının professoru, Azərbaycan Respublikası  Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadənin “Mülki müdafiənin və tibbi yardımın əsasları” kitabının təqdimatı keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, təqdimatda BANM-ın rektoru Elmar Qasımov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov,  Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə, kitabın müəllifi Kənan Yusifzadə və onun ailə üzvləri,  BANM-ın professor müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov tədbir iştirakçılarını salamladıqdan sonra Ali Məktəbin professoru, DSX hərbi hospitalının baş həkimi Kənan Yusifzadəni kitabının təqdimatı münasibətilə təbrik edib. “BANM neft-qaz sənayesinin müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlayır və sabahın mühəndisləri olacaq tələbələrimiz istehsalatda baş verə biləcək hər cür ekstremal vəziyyətə hazır olmalı, lazımi anda düzgün tibbi yardım göstərməyi bacarmalıdırlar. Bu istiqamətdə professor Kənan Yusifzadənin və onun müəllifi olduğu dərsliyin rolu əvəzedilməzdir.” - deyə rektor qeyd edib.

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da Kənan Yusifzadəni kitabının təqdimatı münasibətilə təbrik edib və müxtəlif sahələrdən olan insanlar üçün böyük əhəmiyyətə malik olan bu dərsliyin hər kəsin stolüstü kitabına çevrilməsinin labüdlüyünü vurğulayıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Fərhad Tağızadə kitabda hadisə yerində zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi üçün vacib olan əsas məlumatlar təqdim edildiyini bildirərək qeyd edib ki, dərslik ilk yardımın bütün üsullarını asanlıqla mənimsəməyə, həmçinin özünə və başqalarına dərhal yardım göstərə bilmək bacarıqlarının əldə edilməsinə imkan verəcək

Daha sonra Ali Məktəbin mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov çıxış edərək BANM-da tədris edilən “Mülki müdafiə və tibbi yardımın əsasları” fənninin əsas məqsədinin tələbələrin  təcili və təxirəsalınmaz hallar haqqında ümumi biliklərə yiyələnməsi, respublikamızda FH üzrə dövlət sistemini tanıması, FH-da davranış qaydalarının öyrənilməsi, mühafizə vasitələrindən istifadə qaydalarını bilməsi, qəza-xilasetmə və zərərçəkmişlərə ilk tibbi yardımın necə aparılmasının öyrədilməsi olduğunu bildirib.

Tədbirdə “Neft-qaz mühəndisliyi” ixtisasının tələbəsi Zərifə Orucova və “Kimya mühəndisliyi” ixtisasının tələbəsi Fuad Əlizadə “Mülki müdafiənin və tibbi yardımın əsasları” fənnilə bağlı əldə etdikləri biliklərdən, həmin bilikləri DSX hərbi hospitalında praktiki olaraq necə tətbiq etməklərindən danışıb, onlara bu bilikləri aşılayan müəllimləri Kənan Yusifzadəyə təşəkkür ediblər.

BANM-ın professoru, Azərbaycan Respublikası  Dövlət Sərhəd Xidməti (DSX) hərbi hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadə onun kitabına olan marağa və kitabının geniş təqdimatına, həmçinin kitabın ərsəyə gəlməsində ona göstərilən dəstəyə görə BANM-ın rektoru Elmar Qasımova təşəkkür edib, BANM-ın tələbələrinin böyük sevgisini qazandığına görə sevindiyini bildirib.

Qeyd edək ki, Kənan Yusifzadə 2016-ci ildən BANM-da “Kimya mühəndisliyi” və “Neft-qaz mühəndisliyi” ixtisasının tələbələrinə “Mülki müdafiənin və tibbi yardımın əsasları” fənnindən  dərs deyir. Onun Ali Məktəbin 5-ci kurs tələbələri üçün dərs vəsaiti kimi hazırladığı eyni adlı kitabı 6 fəsildən ibarətdir və ingilis dilində hazırlanıb. Kitabın əsas məqsədi, tələbələrin tibbi biliklərin əsasına yiyələnmələri və fövqəladə hallarda da əməli olaraq ilkin tibbi yardım göstərməyi bacarmalarını təmin etməkdir.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
509

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər