“Saudi Aramco”: Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Saudi Aramco”: Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq

10:51 - 23 / 05 / 2018
“Saudi Aramco”: Bakı Mərkəzi Asiyada fəaliyyətin idarəsi üçün platforma olacaq

Azərbaycanda Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin regional ofisi şirkətin Mərkəzi Asiyada fəaliyyətinin idarəetmə platforması kimi xidmət edəcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, Bu barədə “Saudi Aramco”nun baş ofisindən bildiriblər:

“Dünyada ən iri neft istehsalçısı olan "Saudi Aramco" şirkəti Bakıda "Aramco Overseas Company Azerbaijan LLC" (Aramco AOC Azerbaijan) öz regional nümayəndəliyi qeydiyyata alıb. Bu ofis Mərkəzi Asiyada şirkətin bütün növ fəaliyyətinin həyata keçirilməsi və idarəsi üçün platforma olacaq”.

Şirkətdən qeyd ediblər ki, "Aramco AOC Azerbaijan" əsasən neft-qaz, emal və onlarla bağlı xidmətlərin göstərilməsi üzərində cəmləşəcək, Mərkəzi Asiyada inteqrasiya olunmuş energetika və kimya sənayesi sektorunda əməkdaşlıq üçün imkanları üzə çıxarmaq üçün yeni biznesin inkişafı üzrə perspektivləri qiymətləndirəcək: "Saudi Aramco neft-qaz sahəsində, həm quruda, həm də dəniz şelfində kəşfiyyat və hasilat daxil olmaqla çoxillik təcrübəyə malikdir. İndi bu zəngin təcrübədən qazanc əldə etmək və bunu Azərbaycanda və Mərkəzi Asiyada strateji tərəfdaşlıq səviyyəsinə çatdırımaq zamanı gəlib.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədəki sabitliyi, hakimiyyətin neft sənayesinə, energetikanın inkişafına və sürətli iqtisadi artıma hərtərəfli yardım göstərməsini nəzərə alaraq biz Bakıda ofis açmağı qərara aldıq".

S.Xankişiyeva

 

 

Paylaş:
350

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər