Müəllimi polisə verən direktor Təhsil Nazirliyinə çağırılıb

Lənkəran şəhər Polis Şöbəsinə getdim. Bir xeyli qapıda gözlədikdən sonra nəhayət ki, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər.
1news.az xəbər verir ki, bunu Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin müəllimi Həbib Əlizadə “Facebook” hesabında yazıb.
“Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm. Operativ maraqlanıb məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə,
bütün sosial şəbəkə istifadəçilərinə, mediaya dərin təşəkkür edirəm. Fəalliyyətimiz sizin dəstəyinizlə davam edəcək. Hər şey üçün minnətdaram. Sizin dəstəyiniz sayəsində təhsildə gözəl və böyük işlər görəcəyik ümid edirəm”, deyə H.Əlizadə qeyd edib.
O vurğualyıb ki, direktor hazırda Təhsil Nazirliyinə dəvət olunub, araşdırma davam edir.
1news.az