Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı – SƏBƏBİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı – SƏBƏBİ

11:52 - 24 / 05 / 2018
Sosial şəbəkələrdə məşhurlaşan müəllim polisə çağırıldı – SƏBƏBİ

Sosial şəbəkələrdə məşhurlaşan orta məktəb müəllimi Həbib Əlizadə polisə çağırılıb. Buna səbəb məktəb direktorunun ondan şikayət etməsi olub.

1news.az xəbər xəbər verir ki, bu barədə müəllim özü “Facebook” hesabında məlumat yayıb.

Həmin məlumatı olduğu kimi təqdim edirik:

“Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov məni polisə şikayət edib.

Bir neçə saat bundan öncə Lənkəran şəhər Polis Şöbəsindən mənə zəng edildi və mənim haqqımda məktəb direktoru tərəfində təqdimat verilərək şikayət edildiyi bildirildi. Mən şok oldum.

Səbəbini soruşdum. Dedilər uşaqları icazəsiz Bakıya ekskursiyaya aparırsan.

Əslində isə vəziyyət belədir: Demək şagirdlərə Bakı şəhərinə gəzinti-ekskursiya təşkil edilməsi ilə bağlı məlumat vermişdik. Gəzinti çərçivəsində Şəhidlər Xiyabanı, bir çox tarixi abidələr, dövlət idarələri və digər yerlərə aparılmaq istənilirdi. Əgər yerli təhsil idarəsi icazə verib tədbirlər planını təsdiq etsəydi gəzinti olacaqdı. Əks hada gəzinti olmayacaqdı. Bu sadəcə hələ bir ideya idi. Lakin direktor polisə şikayət edib ki, mən icazəsiz şəkildə gəzinti təşkil etmək istəyirəm. Tamamilə iftiradır. Çünki gəzinti hələ təşkil olunmayıb və bu sadəcə ideya idi. Təsəvvür edirsizmi ki, tarixi gəzinti ideyasına belə mane olurlar.

Məlumat üçün deyim ki, indiyədək gördüyümüz bütün tədbirləri Təhsil Nazirliyinin, yerli təhsil idarəsinin icazəsi ilə etmişik.
Fəalliyyətlərimə görə 2 fevral Gənclər günü ilə bağlı cənab nazir Ceyhun Bayramov tərəfindən təltif olunmuşam. Bu gün isə 2-ci Qrant müsabiqəsinin qalibi olmuşam.

Məlumat üçün deyim ki, məktəbdə baş verən bir çox problemlər və çatışmazlıqlar haqda çox vaxt yazmazdım. Mümkün qədər həllinə çalışardıq. Direktordan şəxsim üçün deyil, məktəblə bağlı müəyyən istəklərim olub və beləliklə arzuolunmaz müəllim elan olunmuşam. Fikrimcə artıq məktəbdə işləməyimi istəmirlər. Halbuki direktorun özünə belə işlərinə şəxsən kömək etmişəm. İndi isə direktor mənə iftira atır, məni ləkələyir. İndiyədək heç bir zaman polis orqanlarında şikayət edilən kimi iştirakım olmayıb, heç piyada kimi də qayda pozuntusu mənə yazılmayıb.
Sabah isə (bu gün-red.) 11:30-da Lənkəran polis şöbəsində olacam”.

Gəgiran kənd tam orta məktəbin direktoru Ziyafəddin Cavadov

Qeyd edək ki, Həbib müəllimin məktəb direktoru tərəfindən polisə şikayət edilməsi ciddi etirazla qarşılanıb. Bir çoxları gənc müəllimə dəstəklərini ifadə ediblər. İnanırıq ki, aidiyyəti qurumlar məsələni araşdıracaq və ədalətli qərar çıxaracaqlar.

1news.az

Paylaş:
427

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər