ADR-in 100 illiyi münasibətilə Bank Respublika-dan növbəti aksiya | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADR-in 100 illiyi münasibətilə Bank Respublika-dan növbəti aksiya

14:30 - 25 / 05 / 2018
ADR-in 100 illiyi münasibətilə Bank Respublika-dan növbəti aksiya

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Bank Respublika məhdud sayda yubiley kartlarını istifadəyə verdi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə, Bank Respublika MasterCard Gold və MasterCard Platinum yubiley kartlarını təqdim etdi. Yubiley kartları eksklüziv dizaynda və 2.000 ədəd olmaqla məhdud sayda buraxılmışdır.

Kartın məxsusi dizaynında əks olunan Azərbaycanın tarixi xəritəsi və bank tərəfindən Cümhiriyyətin 100 illiyi münasibətilə tərtib edilmiş loqotip - şərəfli tariximizə böyük önəm verilməsi haqqında xəbər verir. Yeni bank kartları qızılı və gümüşü rəng tonlarında GoldvəPlatinum kartlarına uyğun hazırlanıb.

“Biz böyük qurur hissi ilə bayram sevincini soydaşlarımızla birlikdə paylaşırıq və ölkənin aparıcı banklarından biri kimi, Bank Respublika müştərilərin bu əlamətdar tarixi yubiley kartını əldə etməklə qeyd etmək imkanını verməyə özümüzə borc bilirik” – deyə, bankın İdarə Heyətinin sədr müavini Elnur Həsənov qeyd etdi.

Azərbaycan Respublikasının hər bir vətəndaşı bayram kartlarını bankın istənilən filialında sifariş edə bilər. Yubiley kartları MasterCard GoldMasterCard Platinum kartlarının standart rəsmiləşdirmə şərtləri ilə verilir.

Təqdim edilən kartlar kolleksiya tirajında istifadəyə verilir, bu isə o deməkdir ki, əlavə istehsalı nəzərdə tutulmayıb. Beləliklə, Cümhuriyyətin 100 illiyi şərəfinə hazırlanmış unikal kartları bu gündən etibarən əldə etmək mümkün olacaq.

Bank Respublika xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edir, vətənimizin uzun illər boyu yaşayıb çiçəklənməsini arzulayır.

Daha ətraflı məlumatı bankın rəsmi saytından, Facebook səhifəsindən və ya 144 nömrəsinə zəng etməklə əladə etmək olar.

Reklam hüququnda

Paylaş:
266

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər