“Caspian Oil and Gas 2018” sərgisi fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Caspian Oil and Gas 2018” sərgisi fəaliyyətə başlayıb

13:39 - 29 / 05 / 2018
“Caspian Oil and Gas 2018” sərgisi fəaliyyətə başlayıb

Mayın 29-da Bakı Ekspo Mərkəzində XXV yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2018” sərgi-konfransı, eləcə də VIII Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2018” sərgisi fəaliyyətə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sərgilər mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin canlı yayımı ilə başlayıb.

Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri olan “Caspian Oil and Gas” sərgi və konfransı 25 illik yubileyini qeyd edir. Sərgi əsas neft-qaz layihələrinin müzakirəsi, həmçinin neft və qaz hasilatı, emalı, nəqliyyat, logistika və xidmət sahələrində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri bir araya gətirib. Belarus, İtaliya və Rusiya sərgidə milli qruplarla təmsil olunur. Sərginin tərkibi tədbir iştirakçılarının 20 faizini təşkil edən yeni şirkətlər sayəsində daha da genişlənib. Yeni iştirakçıların əksəriyyəti Azərbaycanın neft-qaz bazarına böyük maraq göstərən xarici şirkətlərdir. Həmçinin sərgi iştirakçılarının 30 faizini təşkil edən yerli şirkətlər arasında da debütantlar var. “Caspian Oil and Gas” sərgisinin yubileyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi kimi əhəmiyyətli tarixi hadisələrə təsadüf edir.

Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsini təmsil edən təxminən 7 min 500 şirkət iştirak edib. Sərginin 40 faizini ənənəvi olaraq sərgi və konfransın daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur.

Builki sərgi dolğun işgüzar proqramı ilə fərqlənir. Sərginin ikinci iş günündə Bakı Ekspo Mərkəzində bir neçə əsas müştəri ilə işgüzar görüşlər keçirmək və danışıqlar aparmaq üçün əlavə fürsət - “B2B” formatlı görüşlər olacaq. Bu görüşlərdə həm xarici, həm də yerli istehsalçılar iştirak edəcəklər. Sərginin işgüzar proqramı neft-qaz sənayesi təmsilçilərinin geniş dairəsi üçün aktual olan seminarlarla tamamlanacaq. Belə ki, mayın 30-da Bakı Ekspo Mərkəzində “Neft-qaz layihələrində avtomatlaşdırma mühəndisinin rolu” (“INKOEL” şirkəti), “TOFD metodu – personalın sertifikatlaşdırılmasının əsas prinsip, standart və üstünlükləri” (“UP Belqazpromdiaqnostika” şirkəti), “Avtomatik qaynaq kompleksləri” (“Magnatech” şirkəti) və “Passiv yanğından mühafizə tədbirləri” (“Graco” şirkəti) mövzularında seminarlar keçiriləcək.

Sərginin yubileyi münasibətilə neftçi peşəsini seçmiş ən yaxşı tələbələr mükafatlandırılacaq. Bu il iki tələbə “Caspian Oil and Gas” sərgisindən xüsusi mükafat alacaq. Onlar Bakı Ali Neft Məktəbinin sənaye hasilatının avtomatlaşdırılması fakültəsinə qəbul zamanı 700 bal toplamış Abdulla Əsgərzadə və Mahirə Əsədzadədir. Sərgidə uzun illər iştirak etmiş bütün şirkətlərə xatirə suvenirləri təqdim olunacaq.

Müstəqil Azərbaycanın ilk beynəlxalq ixtisaslaşmış sərgi və konfransının 25 illik yubileyi münasibətilə unikal poçt markaları buraxılıb. Sərgilərə həsr olunmuş markalar Azərbaycanda ilk dəfə nəşr olunur. Marka növlərindən birində sərginin yubiley loqotipi və simvolik neft platforması təsvir edilib. İkinci marka növü isə Xəzər dənizinin sahilində Bakını təsvir edən rəsm əsərinin reproduksiyasıdır. Təşkilatçılardan daha bir suvenir yubiley münasibətilə xüsusi olaraq hazırlanmış “Caspian Gold” ətri olacaq.

"Caspian Oil and Gas” konfransı aparıcı enerji və neft-qaz şirkətlərinin rəhbərlərini, eləcə də sənaye nazirliklərinin nümayəndələrini və nüfuzlu sənaye mütəxəssislərini bir araya toplayır və neft-qaz sənayesinin inkişafı üzrə aktual məsələlərin müzakirəsi üçün imkanlar yaradır. Sərgi-konfrans Azərbaycanın Energetika Nazirliyi və SOCAR-ın dəstəyi, “Iteca Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir.

“Caspian Power 2018” sərgisi “Caspian Oil and Gas” sərgisi ilə eyni platformada təşkil edilir. Sərginin aktuallığı Azərbaycanda yeni elektrik stansiyaları və hibrid elektrik stansiyalarının fəaliyyətə başlaması, eləcə də külək turbinləri və günəş batareyalarının quraşdırılması ilə şərtləndirilir. “Caspian Power” sərgisi Energetika Nazirliyi və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən dəstəklənir. Bu sərginin iştirakçıları arasında Azərbaycan, Belarus, Türkiyə və digər ölkələrin energetika texnologiyaları üzrə aparıcı təchizatçı şirkətləri var. Sərginin ekspozisiyası çərçivəsində su və istilik elektroenergetikası, atom energetikası, eləcə də, nəzarət, ölçmə, idarəetmə və avtomatik nizamlama cihazları, habelə sənaye və kommunal-məişət energetikası, enerjiyə qənaət edən texnologiyalar, radio-tezlik kabelləri, sənaye avtomatlaşdırılması üçün kabellər və sair təqdim olunur.

“Caspian Power 2018” sərgisi elektrik enerjisi sənayesinin aparıcı təmsilçiləri ilə görüşmək, ən son texnoloji məhsullar və elektroenergetika sahəsinin inkişaf strategiyası ilə bağlı məlumat toplamaq, yeni səmərəli və qarşılıqlı faydalı əlaqələr qurmaq və mövcud əlaqələri genişləndirmək, habelə perspektiv müqavilələr imzalamaq üçün unikal imkan yaradır.

Qeyd edək ki, sərgi iyunun 1-dək davam edəcək.

1news.az

Paylaş:
698

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər