Bakıda 18-ci İFAC Beynəlxalq Konfransı keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda 18-ci İFAC Beynəlxalq Konfransı keçiriləcək

18:07 - 29 / 05 / 2018
Bakıda 18-ci İFAC Beynəlxalq Konfransı keçiriləcək

13-15 sentyabr tarixlərində Bakı şəhərində avtomatika və robotika sahəsində dünyanın ən nüfuzlu təşkilatı – Ümumdünya Avtomatik İdarəetmə Təşkilatının Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq konfransı (TECİS 2018) keçiriləcək.

1news.az-ın məlumatına görə, konfransın keçirilməsində məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik üzrə son tədqiqatların nəticələrini təqdim etmək, ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir. 

Bu konfrans 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatları özündə birləşdirən İFAC-ın Azərbaycanda keçirdiyi ikinci tədbirdir. Hələ 1980-ci il 2-6 aprel tarixlərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakı şəhərində İFAC-ın toplantısı keçirilib və bu toplantıda Bolqarıstan, Macarıstan, Almaniya Federativ Respublikası, Almaniya Demokratik Respublikası, Niderland, İtaliya, Kanada və digər ölkələrin alimləri iştirak ediblər. 

18-ci beynəlxalq konfransda İFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti Frank Allgoverin də iştirakı nəzərdə tutulur.

Konfransa məqalələrin və digər elmi materialların qəbulunun son günü 6 iyundur. Məqalələr anonim rəy prosesindən sonra seçiləcək və Konfransa məruzə edildikdən sonra Sciencedirect bazasında yayımlanacaq. 

Konfrans və məqalələrin təqdim edilməsi qaydaları barədə geniş məlumatı www.tecis18.org saytından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər