Sumqayıt Texnologiyalar Parkı beynəlxalq sərgidə iştirak edir - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sumqayıt Texnologiyalar Parkı beynəlxalq sərgidə iştirak edir - FOTO

12:15 - 29 / 05 / 2018
Sumqayıt Texnologiyalar Parkı beynəlxalq sərgidə iştirak edir - FOTO

Bakıda Xəzər regionunda enerji sektorunun ən böyük tədbiri – Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisi başlayıb.

Sumqayıt Texnologiyalar Parkı MMC də 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edir.

İyunun 1-nə qədər davam edəcək sərgidə STP öz geniş çeşidli portfelini nümayiş etdirir.

Belə ki, sərgidə STP 90 kv.m-ə yaxın sahədə məhsullarının keyfiyyətini istehlakçılara bir daha xatırladır, yeni biznes əlaqələri və təcrübə imkanları qurmağa şərait yaradır.  

Sərgidə ziyarətçilərə və iştirakçılara stenddə quraşdırılmış monitorlar vasitəsilə texnoparkın tərkibində fəaliyyət göstərən 12 zavod və 30-dan artıq istehsal sahəsində ən son texnologiyaların tətbiqi ilə neft-qaz sektoru üçün istehsal olunan məhsullar və xidmətlər haqqında videoçarx təqdim edilir.

Onu da qeyd edək ki, ziyarətçilər STP-nin məhsulları ilə tanış olmaqla yanaşı, istehsalat barədə müxtəlif təşviqat materialları da əldə edir. Həmçinin, təşkil olunan müsabiqələrdə iştirak edərək, müxtəlif hədiyyələr qazana bilirlər.  

Sərgiyə 2013-cü ildən davamlı olaraq qatılan Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusunu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə malikdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin edilib və AZS ISO/IEC 17025-2009 standardlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standardları da tədbiq olunur.

Reklam hüququnda

 

 

Paylaş:
1601

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər