Heydər Əliyevin 95, AXC-nin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyevin 95, AXC-nin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri keçirilib - FOTO

12:51 - 29 / 05 / 2018
Heydər Əliyevin 95, AXC-nin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri keçirilib - FOTO

Müqəddəs və yenilməz dövlət bayrağımız altında Azərbaycan sər­həd mühafizəsini təmin etməkdən şərəf duyan Azərbaycan sərhədçiləri Azərbaycan Xalq Cüm­huriyyətinin 100 illiyini və dahi öndər Heydər Əliyevin 95 illik yubileyini  təntənəli surətdə qeyd edirlər.

 Hər bir Azərbaycan sərhədçisi milli dövlətçilik salnaməsinin başlan­ğıc nöqtəsi olan dövlət sərhədlərinin yaranması və mühafizəsi tarixinin iştirakçısı, dahi öndər Heydər Əliyevin dövlətçilik ideyalarının daşıyıcısı olması ilə fəxr edir.

 Müstəqillik dövründə dövlət bayrağımızın Azərbaycanın Silahlı Qüvvələrində ilk dəfə 22 avqust 1992-ci il tarixdə Naxçıvan sərhəd dəstəsində, dahi öndər Heydər Əliyevin iştirakı ilə qaldırılması Azərbaycan Sərhəd Mühafizəsi tarixinin ən şərəfli səhifələrindən biri ol­maqla bərabər hər bir sərhədçinin üzərinə əlavə məsuliyyət qoyur.

 Dahi öndər Heydər Əliyevin əmri ilə dövlət sərhədində əbədi ucal­dılmış, şərəf, şücaət və şöhrət rəmzimiz olan milli üçrəngli dövlət bayra­ğımız altında xidmət aparmaq Dövlət Sərhəd Xidmətinin hər bir əmək­daşı üçün böyük qürur mənbəyidir.

 27 may 2018-ci il tarixdə Gürcüstan, İran İslam Respublikası və Rusiya Federasiyası ilə dövlət sərhədində, həmçinin, Xəzər dənizində sərhəd sularında dahi öndər Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş süvari və gəmi yürüşləri təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin ən nümunəvi hərbi qulluqçularının iştirak etdiyi sərhədçi yürüşlərinə quru sərhədlərində süvari dəstələr, sərhəd sularında isə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gö­zətçi gəmiləri cəlb olunublar.

 Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində milli üçrəngli bayrağımızı dalğalandıran yürüş iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfindən doğan iftixar hisslərini ifadə edib, torpaqları­mızı işğaldan azad etməyə və bütün sərhədlərimiz boyu dövlət bayrağı­mızı yüksəltməyə hər an hazır olmalarını bildiriblər.

 Dövlət sərhədində dövlət bayrağımızın ucaldılmasının əbədiliyini tərənnüm edən bu yürüşlər Azərbaycan sərhədçilərinin vətənpərvər­liyinin və Heydər Əliyev dövlətçiliyinə sadiqliyinin ifadəsi olub.

 Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi

Paylaş:
476

Son xəbərlər

Bütün xəbərlər