Müəssisə rəhbəri 4800 manat məbləğində cərimə olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəssisə rəhbəri 4800 manat məbləğində cərimə olundu

18:03 - 30 / 05 / 2018
Müəssisə rəhbəri 4800 manat məbləğində cərimə olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  Xətai rayonu, Şahin Səmədov küçəsində tullantıların yandırılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı tullantıların sözügedən ərazidə fəaliyyət göstərən “Üzeyir 2” kiçik müəssisəsi tərəfindən atılaraq yandırıldığı müəyyən edilib.

Faktla bağlı müəssisənin rəhbəri İldırım Salmanov barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 4800 manat məbləğində cərimə olunub.

1news.az

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər