Ramazanın 15-ci günü: dua, imsak və iftar vaxtı – TƏQVİM

Sabah Ramazan ayının on beşinci günüdür.
1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:25-də, iftar isə saat 20:20-dədir.
Ramazan ayının on beşinci gününün duası:
“Allahummərzuqni fihi taətəl-хaşiin vəş-rəh fihi sədri biinabətil-muхbitin biəmanikə ya amanəl хaifin!”
Tərcüməsi:
“Allahım bu ayda mənə özlərini Sənin qarşında kiçildən müti insanların itaətini nəsib et, qəlbimi tövbə etmək üçün Sənin qarşında itaətkar və təvazökar olanların tövbələrində olduğu kimi aç, pənah verməyinə хatir ey qorхanların sığınacağı!”
Allah orucunuzu qəbul etsin!
S.Xankişiyeva
521