Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

16:47 - 31 / 05 / 2018
Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycan gömrükçüləri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbir həyata keçirib və nəticədə külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Lənkəran şəhər sakini Mirəziz Cəfər oğlu Ağayevin idarə etdiyi minik avtomobilində narkotik vasitələri satmaq məqsədilə paytaxta gətirdiyi barədə məlumat daxil olub.

Dərhal Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Belə ki, şərti alıcı ilə Mirəziz Ağayev sövdələşib və tərəflər Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Füzuli küçəsində görüş təyin edib.

Sözügedən ünvanda əməliyyatçıların həyata keçirdiyi tədbirlər çərçivəsində Mirəziz Ağayev saxlanılıb və onun idarə etdiyi "VAZ-21083" markalı, 42-BB-268 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib.

Baxış zamanı, avtomobilin arxa oturacağının üzərindəki 4 ədəd polietilen torbada Mirəziz Ağayevin şərti alıcı qismində əməliyyata cəlb olunan gömrük əməkdaşına satmağa çalışdığı narkotik vasitələr -14.860 qram tiryək və 9.740 qram həşiş qətranı aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb və məhkəmənin qərarına əsasən Mirəziz Ağayevin barəsində həbs qəti imkan tədbiri seçilib.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

1news.az

Paylaş:
334

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər