“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub
“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub.
1news.az-a SOCAR-dan bildirilib ki, Ədnan Əhmədzadə “SOCAR Trading”in icraçı sədri təyin edilib.
Ə.Əhmədzadə buna qədər “SOCAR Trading”in İdarə Heyətinin üzvü idi və uzun illər şirkətin idarə olunmasında aktiv iştirak edirdi.
Məlumata görə, Emil Bayramlı “SOCAR Trading”in maliyyə direktoru, Məryəm Almaszadə isə şirkətin İcraçı Direktoru təyin edilib. Arzu Əzimov “SOCAR Trading”də fəaliyyətini davam etdirir və onun yeni vəzifəsi yaxın vaxtlarda elan olunacaq.
S.Xankişiyeva
452