Bank Respublika ADR-in 100 illiyinə həsr olunan film təqdim etdi – FOTO
Bank Respublika Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinə həsr olunmuş “İstiqlaliyyət” adlı bədii-sənədli film təqdim edib.
Filmdə Cümhuriyyət qurucularının 23 ay ərzində gördüyü böyük işlər və qarşılaşdığı çətinliklərdən bəhs edilir. Filmdə həmin vaxtların taleyüklü məqamları da rekonstruksiya edilib və göstərilir. Bədii-sənədli filmin rejissoru Cavid Təvəkkül, sözçüsü isə xalq artisti Nürəddin Mehdixanlı oldu. Filmin istehsalı “ÖZ Film” prodakşn studiyası tərəfindən Baku Media Center-in dəstəyi ilə ərsəyə gəlib.
“Böyük qürur və vətəndaşlıq borcu hissi ilə bu filmi təqdim edirik. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhiriyyəti ili” elan edib, bu qərar bir daha həmin tarixin müasir Azərbaycan üçün önəmli olmasını təsdiq edir. Ölkənin aparıcı banklarından biri kimi filmin yaradılmasına qərar verdik ki, həmin illərdə baş verən hadisələr yenidən yaddaşlarda oyansın, Cümhuriyyət qurucularının göstərdiyi şücayət hiss edilsin” – deyə Bank Respublikanın İdarə Heyətinin sədri Asəf Namazov bildirdi.
Yubiley ili ərəfəsində bank eyni zamanda “İstiqlaliyyət” filminin iki premyerasını keçirdi – paytaxt Bakıda və Gəncə şəhərində. Filmin təqdimatında mətbuat nümayəndələri, bankın partnyorları və müştəriləri də iştirak ediblər. Təqdimat tədbirləri CinemPlus kinoteatrlarının dəstəyi ilə keçirildi. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və qısa müddət ərzində çoxsaylı müsbət rəylərə səbəb oldu. Təqdimatda filmin baş qəhrəmanları öz obrazlarını canlandıraraq tədbirdə xüsusi ab-hava da qatdılar.
Filmi bankın rəsmi Facebook və Youtube səhifələrindən izləmək mümkündür.
Reklam hüququnda