Yeni qazılan qaz quyuları Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə istismar olunacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni qazılan qaz quyuları Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə istismar olunacaq

12:16 - 31 / 05 / 2018
Yeni qazılan qaz quyuları Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə istismar olunacaq

SOCAR tərəfindən qazılan yeni qaz quyuları Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə istismar olunacaq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə Bakıda keçirilən XXV “Caspian Oil and Gas” konfransında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu zamana qədər istismar olunan qaz quyuları daxili tələbatı ödəməyə kifayət etdiyi üçün 2016-cı ildən qazılan quyular istismar olunmayıb. Artıq Cənub Qaz Dəhlizi istifadəyə verilib və qazılan yeni qaz quyuları da istismar olunacaq.

S.Xankişiyeva

 

Paylaş:
340

Son xəbərlər

Bütün xəbərlər