Moskvada azərbaycanlı “qanuni oğru” tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Moskvada azərbaycanlı “qanuni oğru” tutuldu

11:24 - 01 / 06 / 2018
Moskvada azərbaycanlı “qanuni oğru” tutuldu

Mayın 31-də Moskvanın “Ağ ev” restoranında cinayət axtarış xidmətinin əməkdaşları 36 yaşlı Hacı Beyləqanski ləqəbli “qanuni oğru” Hacıbaba Talıbxanlını saxlayıblar.

1news.az  “Praym Kraym” saytına istinadla xəbər verir ki, Hacıbaba Talıbxanlı xüsusilə ağır cinayət törətməkdə ittiham olunur.

Elan edilmiş ittihamın detalları gizli saxlanılır.

Beyləqan rayon sakini Hacıbaba Talıbxanlı qətlə yetirilmiş “qanuni oğru” Rövşən Lənkəranski tərəfindən 2012-ci ildə Dubayda keçirilmiş “sxodka”da taclandırılan iki nəfərdən biridir. Digər şəxs isə Rüfət Gəncinski kimi tanınan Ülfət Tağıyev törətdiyi qətlə görə Arxangelsk vilayətində saxlanılıb və 8 il azadlıqdan məhrum edilib.

S.Xankişiyeva

Paylaş:
486

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər