“China Daily” qəzeti AZƏRTAC ilə əməkdaşlıqda maraqlıdır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“China Daily” qəzeti AZƏRTAC ilə əməkdaşlıqda maraqlıdır – FOTO

13:51 - 02 / 06 / 2018
“China Daily” qəzeti AZƏRTAC ilə əməkdaşlıqda maraqlıdır – FOTO

AZƏRTAC ilə Çinin ingilis dilində nəşr olunan nüfuzlu gündəlik “China Daily” qəzeti əməkdaşlığı genişləndirəcək.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə razılıq Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammitində iştirak etmək üçün Pekində səfərdə olan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun “China Daily” qəzetinin rəhbərliyi ilə görüşündə əldə edilib.

 “China Daily”nin nəşrə başlamasının 37-ci ildönümünə təsadüf edən görüşdə baş redaktorun müavini Van Xao qəzetin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ümumilikdə 100 milyondan çox çap və onlayn abunəçisi olan “China Daily” təkcə Çində deyil, regionda, eləcə də dünyada ingilis dilində çıxan ən nüfuzlu qəzetlərdən biridir. Ümumi tirajı bir milyon nüsxə olan qəzet Çində internet səhifəsi açılan ilk kütləvi informasiya vasitəsidir. Qəzetin xarici ölkələrdəki oxucularının sayı yerli oxuculardan daha çoxdur. Bu da qəzetin qlobal səviyyəli nəşr olduğunun göstəricisidir.

Azərbaycan ilə Çin arasında münasibətlərin son illərdə müxtəlif sahələrdə dinamik inkişaf etdiyini bildirən AZƏRTAC-ın İdarə Heyətinin sədri ölkələrimizin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətinə toxunub. O, AZƏRTAC-ın Çinin Sinxua agentliyi ilə yaxşı əlaqələrinin olduğunu, gələcəkdə Çinin digər KİV-ləri, o cümlədən “China Daily” qəzeti ilə əməkdaşlığın yaradılması və inkişafının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.

Diqqətə çatdırılıb ki, bu günlərdə yaradılmasının 100-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan AZƏRTAC hazırda respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi informasiyanın yeganə mənbəyidir. Son illər dünya informasiya məkanında fəallıq göstərən AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA-ya) rəhbərlik edir.

İdarə Heyətinin sədri AZƏRTAC-ın 7 dildə, o cümlədən Çin dilində xəbərlər yaydığını, bu xəbərlərin hazırlanmasında və əməkdaşlara Çin dilinin tədrisində Bakıdakı Konfutsi İnstitutu ilə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Görüşdə AZƏRTAC ilə “China Daily” arasında əməkdaşlığın təməli kimi mütəmadi xəbər mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanıb, növbəti mərhələdə birgə layihələrin icrası, təcrübə mübadiləsi, internet səhifələrində qarşılıqlı olaraq banerlərin yerləşdirilməsi və s. barədə razılıq əldə olunub.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov “China Daily” qəzetinin redaksiyasını gəzib, nəşrin ayrı-ayrı redaksiyalarının, o cümlədən dizayn, fotoinformasiya bölmələrinin fəaliyyəti ilə tanış olub

S.Xankişiyeva

 

Paylaş:
903

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər