İsmayıllıda güclü qasırğa sakinləri evsiz qoyub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda güclü qasırğa sakinləri evsiz qoyub - FOTO

20:03 - 02 / 06 / 2018
İsmayıllıda güclü qasırğa sakinləri evsiz qoyub - FOTO

İsmayıllıya yağan güclü yağış kəndlərə ciddi ziyan vurub, evlərin damları uçub, bir neçə ailə gecəni maşında gecələməli olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, iyunun 1-də gecə saatlarından başlayaraq İsmayıllı rayonuna qasırğa güclü küləklə müşahidə edilən leysan yağıb.

Rayonun Diyallı kəndinə ciddi ziyan dəyib. Bir neçə evin dam örtüyü uçub. Damları uçan evlərin içindəki əşyalar, elektrik avadanlıqları və əşyalar su içində qalaraq yararsız vəziyyətə düşüb. Həyətdəki tövlələrin dam örtüyü də dağılıb, ot bağlamaları yararsız vəziyyətdədir.

Qaçqınların müvəqqəti yaşadığı binanın da dam örtüyü uçub, yağan yağış evlərə dolub. Evlərdə yaşamaq mümkünsüz olduğu üçün insanlar səhərədək küçədə qalıblar. Yol kənarındakı iri gövdəli ağacların budaqları qırılaraq yola düşüb, nəqliyyatın hərəkətinə maneə yaranıb.

Diyallı kənd sakinləri Hüseynov Rasim, Əhmədov Aqil, Əhmədov Şakir bildiriblər ki, dünən gecədən qəflətən qasırğa şəklində yağış və külək başlayıb, evlərin dam örtüyü uçub, gecəni maşında və qohumların evində keçiriblər.

Hazırda Qızıl Aypara Cəmiyyəti və İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən zərərçəkənlər üçün çadırlar quraşdırılır və ailələr yaxın saatlarda müvəqqəti yaşamaq üçün həmin  çadırlara köçürüləcək. Komissiya kənddə evlərə baxış keçirir. Dəymiş ziyanı hesablamaq üçün komissiya yaradılıb.  

S.Xankişiyeva

Paylaş:
326

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər