İƏT Gənclər Forumundan Həmrəylik İftarı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İƏT Gənclər Forumundan Həmrəylik İftarı – FOTO

11:40 - 02 / 06 / 2018
İƏT Gənclər Forumundan Həmrəylik İftarı – FOTO

Ötən gün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Ramazan ayı iftar mərasimi və təşkilatın fəaliyyətinin təqdimatı ilə bağlı tədbir təşkil edib.

1news.az-a İƏT Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin Mətbuat Xidmətindən verilən məlumata görə, mərasimdə müsəlman ölkələrinin Bakıda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycanın dövlət və ictimai qurumları, təhsil və media nümayənləri iştirak ediblər.

İƏT Gənclər Forumunun 57 İƏT ölkəsini əhatə edən beynəlxalq layihələrini əks etdirən tanıtım filmindən sonra çıxış edən Forumunun sədri səfir Elşad İskəndərov rəhbərlik etdiyi təşkilatın son bir ildə gördüyü işlər barədə məlumat verib: “Forumun əsas fəaliyyət istiqamətlərindən birinin həmrəylik olduğunu nəzərə alsaq, ilin ən mühüm hadisəsi əlbəttə, bu ilin aprelində Bakıda Azərbaycan hökumətinin ev sahibliyi ilə keçirilən İƏT Gənclər və İdman Nazirlərnin 4-cü sessiyasını, eləcə də İƏT tarixində ilk dəfə olaraq qəbul edilən Gənclər Strategiyasını qeyd etməliyik. Bu strategiyanın vacibliyi hər şeydən öncə onun əməli həmrəylik üçün fundament rol oynamağındadır. Nazirlərin Bakı görüşündə eləcə də Ortaq Gənclər Fəaliyyət Planı sənədi qəbul edilmişdir ki, bu sənəd İƏT məkanında konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur”.

O, öz çıxışında Forumun 2004-cü ildə Azərbaycan hökumətinin dəstəyi ilə Bakı şəhərində təsis assambleyası, 2006-cı İstanbulda Türkiyə və Azərbaycanın birgə dəstəyi ilə baş qərargahının təsis edilməsi, eləcə də 2010-cu ildə Azərbaycan hökumətinin təşəbbüsü ilə təşkilatın Bakıda diplomatik status verilməklə Avrasiya üzrə Regional Mərkəzinin yaradılmasından bəhs edib.

Daha sonra çıxış edən İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov çıxış edərək, Forumun həyata keçirdiyi beynəlxalq layihələr, - Sivilizasiyaların Alyansı uğrunda Qlobal Gənclər Hərəkatı, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası, İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası, İƏT Gənclər Paytaxtı, İƏT Start-up platforması, İƏT ölkələri üzrə ilk Gənclər Hesabatı, İƏT Gənclər Yay Düşərgələri, bu proqramlar çərçivəsində keçirilən mədəni və maarifləndirici tədbirlər barədə iştirakçıları məlumatlandırıb, sonda Forumun yaradılmasının ideya müəllifi kimi, eləcə də beynəlxalq layihələrin həyata keçməsində böyük rol oynamış İƏT Gənclər Forumunun sədri Elşad İskəndərova öz təşəkkürünü bildirib.

Tədbirin sonunda bu illər ərzində İƏT Gənclər Forumu ilə yaxından əməkdaşlıq etmiş diplomatik nümayəndəliklər və yerli qurumlar Forum tərəfindən xatirə hədiyyələri ilə təltif edilib.

S.Xankişiyeva

Paylaş:
561

Son xəbərlər

“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycanda işgüzar səfərdədir27 / 09 / 2024, 16:20Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər27 / 09 / 2024, 16:04Metronun “28 May” stansiyasının qarşısındakı 10 şam ağacı köçürüləcək27 / 09 / 2024, 15:58Xətaidəki yanğında bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB27 / 09 / 2024, 15:51Yanğına görə məhdudlaşıdırılan yol açıldı27 / 09 / 2024, 15:42Azərbaycan XİN Türkmənistanı Müstəqillik Günü münasibətilə təbrik edib27 / 09 / 2024, 15:242024-cü ilin 9 ayı ərzində şəhid ailəsi üzvlərinə 130 minə yaxın tibbi xidmət göstərilib27 / 09 / 2024, 15:12ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır27 / 09 / 2024, 15:09Xətaidə güclü yanğın məhdudlaşdırıldı - FOTO - YENİLƏNİB27 / 09 / 2024, 15:00Paytaxt məktəblərində Anım Günü ilə bağlı tədbirlər keçirilib27 / 09 / 2024, 14:29Xırdalanda mağazadan 5 noutbuk oğurlandı27 / 09 / 2024, 14:12Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib27 / 09 / 2024, 13:09Polis dələduzluq əməlində şübhəli bilinən şəxsləri saxlayıb27 / 09 / 2024, 13:01
Bütün xəbərlər