Bəzi rayonlara içməli suyun verilməsi məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi rayonlara içməli suyun verilməsi məhdudlaşdırılacaq

09:17 - 04 / 06 / 2018
Bəzi rayonlara içməli suyun verilməsi məhdudlaşdırılacaq

Bu gün bəzi rayonlarin bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

Bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar,  Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının  bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

Qeyd edək ki, suyun verilməsində fasilələr Kür çayında bulanıqlıq səviyyəsi normallaşana qədər davam edəcək.

1news.az

Paylaş:
351

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər