BANM və Meksika Neft İnstitutu əməkdaşlıq üçün görüş keçirib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM və Meksika Neft İnstitutu əməkdaşlıq üçün görüş keçirib – FOTO

10:54 - 06 / 06 / 2018
BANM və Meksika Neft İnstitutu əməkdaşlıq üçün görüş keçirib – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron və  Meksika Birləşmiş Ştatlarının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini ilə görüşüb.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Ali Məktəbin kampusunda baş tutan görüşdə həmçinin Meksika Neft İnstitutunun Məhsulun texnologiyası şöbəsinin müdiri Marko Antonio Osorio Bonilla, Meksika səfirliyində ataşe Mario Fernandez və səfirin köməkçisi Elnur Bağırov da iştirak ediblər.

Rektor Elmar Qasımov qonaqları Ali Məktəbdə salamlayaraq onlara BANM haqqında məlumat verib. Rektor hazırda bakalavr və magistratura üzrə tələbə hazırlayan Ali Məktəbin yaxın gələcəkdə akademik karyerasını davam etdirmək istəyən tələbələr üçün PhD proqramının fəaliyyət göstərəcəyini bildirib.

Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patron görüş üçün rektor Elmar Qasımova təşəkkür edib. O Meksikanın neft-qaz sektoru və orada fəaliyyət göstərən şirkətlər haqqında məlumat verdikdən sonra qeyd edib ki, institut texnoloji tədqiqat və inkişaf, mühəndislik üzrə tədris və təlimlərin keçirilməsi üzrə ixtisaslaşıb.

Tərəflər akademik əməkdaşlığa başlamaq üçün tələbə və müəllimlər arası mübadilə, birgə tədqiqatların həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Cənab Ernesto Rios BANM ilə müəllim və professorların təcrübələrinin mübadiləsi, yeni kurikulum və tədris planlarının birgə işlənib hazırlanmasının mükün olacağını qeyd edib. Görüşün sonunda tərəflər sadalanan işlərin birgə görülməsi haqqında razılığa gəliblər.

Daha sonra qonaqlar Ali Məktəbin kampusuna tur edərək burada tələbələr üçün yaradılmış şərait, ən müasir labaratoriyalar, tədris otaqları, idman kompleksi ilə tanış olublar.

Qeyd edək ki, Meksika Neft İnstitutu 1965-ci ildə yaradılmışdır və neft sənayesi  ilə bağlı fəaliyyət göstərən tədqiqat mərkəzidir.

S.Xankişiyeva

 

Paylaş:
388

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər