İqor Okayev: Yaxın illərdə biznesimizin inkişafı üçün ciddi potensial görürük | 1news.az | Xəbərlər
İqtisadiyyat

İqor Okayev: Yaxın illərdə biznesimizin inkişafı üçün ciddi potensial görürük

15:30 - 13 / 06 / 2018
İqor Okayev: Yaxın illərdə biznesimizin inkişafı üçün ciddi potensial görürük

Bu gün biznes sektorunda vəziyyət necədir? Biznes sahibləri niyə Unibankı seçməlidirlər? Yaxın illərdə bankın biznes müştərilərini hansı yeniliklər gözləyir? 

Bu sualları “Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin korporativ bank xidmətləri üzrə müavini İqor Okayev cavablandırıb.

- Banklar böhran dövrünü arxada qoydu və bazar tədricən stabilləşir. Siz banklar və eləcə də biznes üçün hazırda bazardakı ümumi vəziyyəti necə qiymətləndirirsiniz? İndiki vaxtda qarşınızda hansı məqsəd və tapşırıqlar var?

- Əlbəttə, bank üçün çətin günlər artıq geridə qalıb. 2017-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının da simasında xarici səhmdarlarımızın dəstəyi sayəsində, biz kapitalımızı  əhəmiyyətli dərəcədə artırdıq. Səhmdarların bu dəstəyi bir daha Unibanka inamın, etibarın yüksək səviyyədə olmasının göstəricisidir, bununla yanaşı bank ciddi struktur dəyişikliyi həyata keçirib, bir çox yeni layihələr reallaşdıraraq, 2017-ci ili müsbət nəticələr və mənfəətlə tamamladı və yeni mərhələyə - bankın bütün istiqamətlərdə aktiv şəkildə inkişafını hədəfləyən yeni, üç illik strategiyasını reallaşdırmaq mərhələsinə qədəm qoydu. Bankın yeni strategiyasında korporativ istiqamətin əsas məqsədi – kiçik və orta biznesin kreditləşməsində mövqelərin möhkəmləndirilməsi, biznes əməliyyatlarının həcmini artırmaq və rəqəmsal xidmət kanallarını inkişaf etdirməkdir.

Unibank fəaliyyət göstərdiyi 25 il ərzində həm korporativ, həm də kiçik və orta biznesin kreditləşdirilməsi sahəsində bazarın liderlərdən biri olmaq ənənəsini qoruyub saxlayır. Bankın korporativ komandasının qarşısında yaxın bir neçə il ərzində bu istiqamətdə bazar payının artırılması ilə bağlı iddialı hədəflər dayanır. İqtisadiyyatda böhranla əlaqədar olaraq, 2015-2016-cı illərdə bankın korporativ komandası cari müştəri bazasına fokuslanaraq, kreditlərin restrukturizasiyası ilə məşğul oldu, borcalanlarla  görüşərək bütün məsələlərin, ortaya çıxan problemlərin konstruktiv həlli istiqamətində çalışdı.

Lakin iqtisadiyyatda mənfi tendensiyaların azalması, milli valyuta məzənnəsinin stabilləşməsi, balanslaşdırılmış dövlət büdcəsinin qəbulu, iqtisadiyyatın qeyri-neft sektorunun tədricən artımı, böyük neft-qaz layihələrinin reallaşması, 2017-2020-ci illəri əhatə edən infrastruktur və loqistika layihələri, biznes mühitinin inkişafı istiqamətində ölkədə müxtəlif sahələrdə keçirilən islahatlar, makroiqtisadi sahədə gələcək inkişaf göstəriciləri sayəsində, yaxın illərdə biznesin inkişafı ilə bağlı ciddi potensialın olduğunu görürük.

Təbii ki, biznesin inkişafı istiqamətində görülməli olan bir sıra tədbirlər, islahatlar da var. Kiçik və orta biznesin vergi yükünü azaltmaq, sadələşdirilmiş vergilər üçün limitləri artırmaq, idxalçılara ƏDV-nin azaldılması və s. mümkündür. Hökumət tərəfindən vergi yükünün azaldılması artıq elan edilib və bunun icrası özəl biznesə dəstək olacaq. Müxtəlif dövlət qurumlarında sahibkarlar üçün hələ də qalan kiçik bürokratik maneələrin daha da azaldılması isə davam edən islahatların tərkib hissəsi kimi vacib əhəmiyyət daşıyar.

İqtisadiyyatın real sektoru ilə məşğul olan sahibkarlar üçün güzəştli kreditləşmə prosesini aktivləşdirmək lazımdır. Bu istiqamətdə çox işlər görülür, bu yaxınlarda hətta kreditlərin təminatçısı kimi çıxış edən İpoteka və Kredit Zəmanət Fondu fondu yaradıldı. Bu fond, qeyri-neft sektorunun inkişafına yönəldilmiş kreditlərin təminatçısı kimi çıxış edəcək və bu kreditlər üzrə faiz dərəcəsi üçün subsidiyalar təqdim edəcək. Xarici təcrübə göstərir ki, bu fondlar ölkədə özəl sektorun inkişafına ciddi təkan verə bilər.

- Müştəriləriniz daha çox biznesin hansı sahələrini əhatə edir?

-Korporativ seqmentdə bizim müxtəlif sektorlarda -  istehsal, ticarət, kənd təsərrüfatı, logistika kimi sahələrdə fəaliyyət göstərən müştərilərlə əməkdaşlığımız formalaşıb və yeni layihələrdə də müştərilərimizə dəstəyimizi davam etdirməyi düşünürük. Biz turizm sahəsində böyük potensial görürük, turistlərin sayı artır, bu da təbii ki, müvafiq olaraq bu sahədə öz biznesini qurmuş kiçik və orta sahibkarların gəlirlərini artıracaq. İdxal məhsullarının yerli istehsalla əvəzlənməsi prosesi daha çox orta və uzun müddətli perspektiv olduğundan və burda qısa müddətdə effekt gözləməyə ehtiyac yoxdur deyə, idxalçılar da bizim potensial maraq dairəmizdə qalırlar.

Həmçinin, son qlobal meylləri nəzərə alaraq, növbəti bir neçə il ərzində biz rəqəmsal bankçılıq sahəsində bir çox layihələri reallaşdırmağı planlaşdırırıq, bura daxili proseslərin avtomatlaşdırılması, mobil və internet platformaların inkişafı, onlayn və çoxkanallı satışı artırmaq planları daxildir. Əsas vəzifələrimizdən biri onlayn seqmentdə iştirakımızı genişləndirməkdir.

-2018-ci ilin ilk 3 ayının nəticələrinə əsasən, bank rübü 5 milyon manata yaxın mənfəətlə başa vurdu. Korporativ bölümlə bağlı daha hansı pozitiv məqamları xüsusi vurğulamaq istərdiniz?

-Kreditləşmədə biz müsbət tendensiyalar görürük, verilmiş kreditlərin sayı və kredit portfeli 2017-ci ilin ikinci yarısından bəri və 2018-ci ilin əvvəlindən davamlı olaraq artır. Bu, həm bazarda ümumi pozitiv tendensiyaların, həm də bankın strukturunda və proseslərində əhəmiyyətli dəyişikliklərin nəticəsidir ki, bizə bankda kiçik və orta biznesin kreditləşməsi proqramına yenidən başlamağa imkan yaratdı. Kredit şərtlərini yaxşılaşdırmaq, məhsul xəttinin genişləndirilməsi, onlayn satışın inkişafı, bütün sahələrdə qərarların daha sürətli qəbulu öz müsbət nəticələrini göstərdi.

Əgər bu inkişafı rəqəmlərlə ifadə etsək, biznes kreditlərinin verilməsi 2018-ci ilin birinci rübündə 2017-ci ilin eyni dövrünü 5 dəfə üstələyib. Vacib bir məqamı qeyd etmək istərdim ki, verilən kreditlərin 50% -dən çoxu yeni müştərilərə ayrılıb. Öz biznes əməliyyatlarını Unibankla həyata keçirən korporativ müştərilərin də sayı stabil olaraq artır. 2018-ci ilin 1-ci rübünün sonunadək bu rəqəm 15 000 müştərini keçib. Təkcə 2017-ci ilin ikinci yarısında Unibankda əmək haqqı kartı sahibləri 35%-dən çox artıb. Buna da təbii ki, son illərdə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində görülən işlər öz təsirini göstərib.

Bir məsələni də xüsusi ilə qeyd etmək lazımdır ki, sahibkarların maliyyə savadlılığı artır, nəticədə onlar banklarla əməkdaşlığa və şirkətlərinin kredit tarixçəsinə daha diqqətli yanaşırlar. Bütün bunlar sözsüz həmin şirkətin müsbət imicinin formalaşmasına səbəb olur ki, belə şirkətlər üçün də bankların təklif etdiyi kredit faizi, bazardakı rəqəmlərdən daha sərfəli olur.

Banka inamın daha da artması və xidmət keyfiyyətinin bir qədər də yüksəlməsini, korporativ müştərilərimizin  hesab qalıqlarının sürətlə artmasından da müşahidə etmək olar.

- Unibank korporativ sahədə “Rəqəmsal biznes” adlı yeni strategiyanın reallaşdırılmasına başlayıb. Bu strategiyanın əsas məqsədləri nədir?

- Rəqəmsal (digital) biznes  artıq müasir insan həyatının ayrılmaz bir parçasına çevrilən biznes sahəsidir. Müştərilərə istədikləri xidməti onlara ən münasib kanallar vasitəsilə təqdim etmək lazımdır. Biz daim distant xidmət kanallarının  və rəqəmsal bankçılığın inkişafı üzərində çalışırıq. Ötən il korporativ müştərilər üçün internet-bankinq xidmətini daha da təkmilləşdirdik. İndi ölkəmizdə ən yaxşılardan biri olan, bir sıra yeni xidmət və unikal imkanlı bu xidmətlə bağlı müştərilərimizdən çoxlu müsbət rəy alırıq.

Yeni onlayn platforma artıq ekosistem yanaşmasına, açıq arxitektura, korporativ və xarici məlumat sistemləri üçün API-yə əsaslanır. Open API - müştərilərə məlumat və xidmətlər haqda məlumatların real vaxtda alınması, maliyyə hesabatlarını bir platformada idarə etmək imkanı verən bir sistemdir. API-nın əsas məqsədi müştərilərə akkaunta daxil olmadan, ödənişləri İnternet Banka göndərmək imkanı verməkdir. Yəni, müştərilərə bu sistemi öz sistemlərinə inteqrasiya edərək, uzaqdan, gecikmədən və səhv etmədən öz mühasibat hesabat sistemlərindən ödəniş göndərə biləcəyi bir format təqdim edirik.

Fərdi sahibkarlar üçün isə bizim bazarda unikal olan  “Unibank Mobile Business” xidmətimiz də var ki, bu mobil tətbiqin sahibkarların təchizatçılara ödənişləri, vergiləri, biznes və şəxsi kartlarına köçürmələri, kommunal, sosial ödənişləri öz smartfonları ilə dərhal göndərmək və başqa bu kimi üstünlükləri var. Biz davamlı olaraq bu sistemi təkmilləşdiririk və bunun nəticəsində bazarda öz lider mövqeyimizi qoruyub saxlamaqdayıq. Bu gün korporativ müştərilərimiz öz əməliyyatlarının 70%-dən çoxunu rəqəmsal kanallarla həyata keçirirlər. Bizim məqsədimiz, yaxın gələcəkdə bu göstəricini strategiyamıza uyğun olaraq 90%-ə çatdırmaqdır.

- Unibank kiçik və orta sahibkarlığın kreditləşdirilməsində lider banklar siyahısındadır. Növbəti illərdə bu sahədə hansı dəyişiklikləri gözləmək olar? Sizin bu sahədə əsas üstünlükləriniz hansılardır?

- Bizim əsas üstünlüyümüz odur ki, müştəri siyasətində yanaşmanı dəyişmişik və indi çalışırıq müştəriyə konkret bir zamanda onun tələbatına daha çox cavab verən, individual xidmətlər və məhsullar təqdim edək. Həmçinin digər vacib və prinsipial məqam - bankın qərar qəbuletmə sürəti və burda edilən manevrlərdir. Bank komandası tərəfindən həyata keçirilən optimallaşdırma və rəqəmsallaşdırma prosesləri sayəsində həm kredit, həm tranzaksiya biznesi prosesinin müddətini əhəmiyyətli dərəcədə azaltdıq. Bu isə imkan verir ki, sahibkarlara həm kredit, həm tranzaksiya bizneslərində sürətli, individual qərarlar və məhsullar təklif edək.

Fikrimcə, bizim əsas üstünlüyümüz kiçik və orta biznesə xidmət göstərən komandamızın böyük təcrübə və bacarığa malik olmasıdır. Korporativ sektorda 25 ildən çox olan təcrübə, banka bütün mərhələlərdə yüksək səviyyəli kadr bazası yaratmağa imkan yaradır ki, bu da müştəriyə nəinki lazımi xidmətlərin göstərilməsinə imkan verir, hətta müştəriyə məsləhət xidmətlərini təqdim edərək, onlara ən münasib kredit şərtlərini seçməyə də kömək edir. Bizim orta yaşı 30 olan 100 nəfərdən ibarət gənc və iddialı komandamız var. Keçən il biz komandamızı əhəmiyyətli dərəcədə gücləndirdik, yerli və xarici təlimlər və seminarlar vasitəsilə əməkdaşlarımızın inkişafı ilə məşğul olduq, müntəzəm olaraq xarici məsləhətçiləri banka dəvət etdik, bazardan təcrübəli və güclü mütəxəssisləri komandamıza cəlb etdik.

- Unibank hətta öz ixtisaslaşmış biznes filialları ilə də fərqlənir. Bəs sahibkarlar bundan səmərəli istifadə edirlər?

- Əlbəttə, qeyd etmək lazımdır ki, biz sahibkarlara xidmətlərin göstərilməsi üçün bazarda ilk olaraq  yeni konsepsiyalı filial şəbəkəsini yaratmışıq. İlk ixtisaslaşdırılmış filialımız 2015-ci ildə fəaliyyətə başlayıb və hal-hazırda bu konseptdə artıq 4 filialımız fəaliyyət göstərir, onların içərisində isə ən böyük filial “Xətai” metrostansiyasının yaxınlığında yerləşən –“Unibank-Biznes mərkəzi”dir. Burada korporativ müştərilər fərdi yanaşma ilə yanaşı, şəxsi menecer xidməti, ümumi suallar və maliyyə, vergi, investisiya məsələlərinin idarə edilməsi üçün məsləhət xidmətləri ilə təmin olunurlar. Müştəri sayının sürətlə artımı da sübut edir ki, filiallarımızda müştərilərə keyfiyyətli xidmətlər təklif edilir.

- Müştərilərinizə hansı unikal məhsulları təklif edə bilirsiniz?

- Son zamanlar bir sıra yeni məhsullar hazırlayaraq bazarda tətbiq etmişik. Belə ki, müştərilərimiz İnternet-Bankinq vasitəsi ilə və ya birbaşa filiala zəng etdikdən sonra, bir saat ərzində hesablar üzrə dövriyyə, bankın POS-terminalları üzrə aktiv iş və ya əmək haqqı layihələri üzrə həcm əsasında qısamüddətli kreditlər- overdraft əldə edə bilirlər. Məhsuldan asılı olaraq, müştəri ödənişin müddətini və şərtlərini, komissiyasını, faizsiz günlərin sayını və s. seçə bilir. Müştərilərimizin rahatlığı üçün veb saytımız vasitəsilə hesabların onlayn bronlaşdırılması imkanını yaratdıq. Məsələn, hesabın açılması üçün müştəri zəruri sənədlər təqdim edərək, ərizə verir və dərhal ona hesabının rekvizitləri  göndərilir. Hesab 36 saat ərzində vergi orqanlarından dublikat alındıqdan sonra dərhal aktivləşir.

Ötən il  “Albalı Biznes” layihəsinə start verdik. Bu unikal kart özündə debet və kredit funksiyalarını birləşdirir, həmçinin operativ şəkildə dəstək, dövriyyənin artırılması, pərakəndə və distribütor şirkətləri üçün daha rahat və təhlükəsiz ticarətə imkan yaradır. Bu kart distribütor şirkətlərə bir çox imkanlardan faydalanmağa şərait yaradır: nağd pul vəsaitinin idarə edilməsinin riskləri, şəffaf hesabat, pulun hesaba dərhal köçürülməsi və s. Əlbəttə ki, kart sahibləri bir çox üstünlükləri əldə edirlər - güzəştli (faizsiz) kredit götürmək imkanı, əlavə sənədsiz və komissiyasız istənilən vaxt və istənilən yerdən distribütorların ödənişi, mağaza sahiblərini və ekspeditorların ödəniş barəsində dərhal məlumatlandırılması, mobil bank xidmətinə (Unibank Mobile Business) və İnternet-Banking xidmətinə qoşulma və s.

Həmçinin, son zamanlarda birbaşa istehsalçılara, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar, ixracatçılara yönəldilən, hər bir sahə üçün fərdi məhsullar yaradılıb. Biz dayanmağı düşünmürük və 2018-ci ildə bir sıra yeni maraqlı layihələri həyata keçirəcəyik.

- Sonuncu sual: yaxın gələcəkdə müsbət nəticələr əldə etmək üçün hansı məqamlar daha vacibdir?

- Deyə bilərəm ki, biz sürətliyik, çevikik, innovativik, ölkədə güclü və yaxşı tanınan brend olaraq qalırıq, AYİB-in və DEG-in timsalında Avropa və yerli səhmdarlarla  təmsil olunan, güclü, gənc və iddialı komandaya, şəffaf  KPI ilə idarəetmənin bütün səviyyələrində geniş və ixtisaslaşmış şöbə şəbəkələrinə malikik.

Bizim geniş çeşidli məhsullarımız var, biz yalnız sahibkar deyil,  hətta biznes üçün  etibarlı tərəfdaş və məsləhətçilərik. Bütün bunların hamısı bizi rəqiblərimizdən fərqləndirir. İnanırıq ki, qarşımızda qoyduğumuz bütün məqsəd və hədəflərə nail olacağıq, Azərbaycanın korporativ sektorunda aparıcı banklardan biri olaraq qalmaqda davam edəcəyik.

Reklam hüququnda

Paylaş:
393

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər