Meşələri qıranlar ciddi cəzalandırılacaqlar – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Meşələri qıranlar ciddi cəzalandırılacaqlar – FOTO

11:16 - 13 / 06 / 2018
Meşələri qıranlar ciddi cəzalandırılacaqlar – FOTO

Meşələrin biznes məqsədilə qəddarcasına kəsilməsi hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə iyunun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində növbəti görüş keçirilib.

1news.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxslərinin, rayon İcra Hakimiyyəti rəsmilərinin, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq-mühafizə orqanları əməkdaşlarının, ictimaiyyət və bələdiyyə nümayəndələrinin iştirak etdiyi görüşdə meşələrin qanunsuz kəsilməsinin qarşısının alınması, meşələrə və yaşıllıqlara qəddar münasibət, yanğın təhlükəsizliyi tələblərinə riayət olunması, cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin artırılması məsələlələri müzakirə edilib.

Meşələrə amansız münasibət göstərərək qırıntılara yol verən şəxslərə qarşı ETSN tərəfindən qəti tədbirlərin görüləcəyi bildirilib. Ciddi ictimai nəzarətin həyata keçirilməsi üçün aidiyyəti şəxslərə və qurumlara tövsiyələr verilib.

Biznes məqsədilə meşələrdə ağacların qanunsuz kəsilməsi və oğurlanması hallarının qarşısının tam şəkildə alınması üçün rayonda ictimai nəzarətin və ictimai mühafizənin təşkilinə dair qərar qəbul edilib.

Nazirlik tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz ağac kəsintisinə qarşı qəti və barışmaz mübarizə aparılması məqsədilə görüşlərin təşkili davam etdirilir.

1news.az

Paylaş:
445

Son xəbərlər

Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31
Bütün xəbərlər