Özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib – FOTO

16:49 - 14 / 06 / 2018
Özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib – FOTO

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.

1news.az-ın məlumatına görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

1news.az

Paylaş:
631

Son xəbərlər

Bütün xəbərlər