Bu il veriləcək fitrə zəkatının məbləği açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il veriləcək fitrə zəkatının məbləği açıqlanıb

17:09 - 14 / 06 / 2018
Bu il veriləcək fitrə zəkatının məbləği açıqlanıb

Bu il Azərbaycanda fitrə zəkatının adambaşına veriləcək məbləği açıqlanıb.

1news.az-a Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməyə mükəlləfdir.

Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fitvaya əsasən, Ramazan bayramı iyunun 15-nə təsadüf edəcək.

Ramazan ayı münasibəti ilə bayram namazı sabah səhər saat 09:00-da ölkədə bayram namazı qılınacaq.

S.Xankişiyeva

 

Paylaş:
880

Son xəbərlər

Bütün xəbərlər