Azərbaycan əhalisinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan əhalisinin sayı açıqlanıb

12:00 - 14 / 06 / 2018
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.

1news.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə əhalinin sayı ilin əvvəlindən 25 018 nəfər artaraq, 2018-ci il may ayının 1-i vəziyyətinə 9 923 103 nəfərə çatıb.

Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

S.Xankişiyeva

 

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər