Əsas kapitala yönəldilmiş sərmayədə müəssisələrin vəsaitləri 53,9 faiz təşkil edib
2018-ci ilin ilk 5 ayında əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 53,9 faiz, bank kreditləri 15,7 faiz, büdcə vəsaitləri 23,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,4 faiz, büdcədənkənar fondların vəsaitləri 0,8 faiz, digər vəsaitlər isə 0,6 faiz təşkil edib.
1news.az bu barədə Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.
Bildirilib ki, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 53,7 faizi qədər olub.
1news.az
283