Dövlət Reklam Agentliyinin yaranmasının 1 ili tamam olur

İyunun 20-də Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) yaranmasının 1 ili tamam olur.
Qurumdan 1news.az -a bildirilib ki, ADRA açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklam daşıyıcılarının üzərində yerləşdirilən reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.
Agentlik yarandığı 1 il ərzində açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların inzibati yükünü, xərclərini azaltmaq, şəffaf tənzimləməni həyata keçirmək, bir sözlə vətəndaş məmnunluğunu təmin etmək istiqamətində bir sıra addımlar atıb.
Xatırladaq ki, agentlik Prezident İlham Əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb.
1news.az
713