ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı” | 1news.az | Xəbərlər
Cəmiyyət

ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı”

11:20 - 20 / 06 / 2018
ƏSA-dan möhtəşəm premyera – “Paris Partladı”

Azərbaycanın ilk və tək inklüziv ƏSA Teatrı teatr mövsümünün son premyerasını iyulun 7-də təqdim edəcək.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Onun sözlərinə görə, ƏSA Teatrının təqdim edəcəyi premyera nümayişi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə bayram hədiyyəsi olaraq hazırlanıb. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan və Dərviş Məstəli Şah” pyesinin motivləri əsasında quruluş verilən “Paris partladı” tamaşasının premyerası 7 iyulda Akademik Opera və Balet Teatrında nümayiş olunacaq.

Nicat Qulamın sözlərinə görə, “Paris partladı” tamaşası modern dünya teatrının trendlərini özündə əks etdirir.

“Tamaşaçılar premyerada Mirzə Fətəlinin ənənəvi yaradıcılığının məhsulunu yox, yeni üslubda quruluş verilən tamaşa izləyəcəklər. Həmçinin, tamaşaçılar teatr mövsümünün son premyerasını Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərilə yanaşı, ən sevilən mədəniyyət və incəsənət nümayəndələri ilə birgə izləyə biləcəklər”.

ƏSA Teatrı tamaşaçıları əmin edir ki, “Paris partladı” tamaşasının premyerasını izləməklə Azərbaycan teatrı haqqında düşüncələrini yeniləyəcəklər. Məlumat üçün bildirək ki, tamaşanın biletləri artıq şəhərimizin bir çox ünvanlarında – iTicket.az onlayn bilet satış portalında, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərində, Asan Xidmət Mərkəzlərində, həmçinin, şəhərin bütün kassalarında satılır.

Ən diqqətçəkən məqam isə odur ki, biletlər hər kəsin cibinə uyğundur – 3, 6, 9, 12, 15, 18, 22 və 30 AZN-dir. ƏSA Teatrı fəaliyyətini dəstəkləmək istəyən tamaşaçılar üçün xüsusi biletləri 500 AZN dəyərində satışa çıxarıb.

Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Azərbaycan Gənclər Fondu,  bədii rəhbəri Nihad Qulamzadə, quruluşçu rejissoru Elşən Əsgərov, baş prodüseri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, quruluşçu rəssamı Vüsal Rəhim, işıq rəssamı Binyamin Sailov, qrafik dizayner Vəfa Hacıiğlu, surdo (işarət dili) tərcüməçisi Nuranə Abıyevadır. ƏSA Teatrı ənənəsinə sadiq qalaraq, bu dəfə də nitq məhdudiyyətli tamaşaçılarını nəzərə alıb, tamaşanı surdo tərcümə ilə həyata keçirəcək.

S.Xankişiyeva

 

Paylaş:
617

Son xəbərlər

Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31
Bütün xəbərlər