“AzerGold” beynəlxalq əlaqələri inkişaf etdirir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzerGold” beynəlxalq əlaqələri inkişaf etdirir – FOTO

12:10 - 20 / 06 / 2018
“AzerGold” beynəlxalq əlaqələri inkişaf etdirir – FOTO

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndə heyətinin Qazaxıstan Respublikasına işgüzar səfəri başlayıb.

19 iyunda “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın İnvestisiya və inkişaf nazirliyinin vitse-naziri Timur Toktabayev, “Tau-Ken Samruk” və “Qazgeology” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.

Vitse-nazir Timur Toktabayevlə görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft ixracının təşviqi istiqamətində görülən işlər sayəsində 2004-2017-ci illərdə qeyri-neft ixracının 4 dəfə artdığı və qeyri-neft sektorunun artımında əlvan metal sənayesinin oynadığı rol diqqətə çatdırılıb. Bundan əlavə, görüşdə investisiyaların stimullaşdırılmasında mədən şirkətlərinin rolu, yeraltı sərvətlərdən istifadədə proqnozlaşdırma və şəffaflığın təmin edilməsi, geoloji məlumatın rəqəmsallaşdırılması metodologiyası ətrafında geniş müzakirələr aparılıb, Qazaxıstanın son illər dağ-mədən sənayesinin inkişafı istiqamətində gördüyü silsilə tədbirlər haqqında ətraflı məlumat əldə edilib.

Faydalı qazıntıların prioritet növləri üzrə kəşfiyyat təşəbbüslərini həyata keçirən Qazaxıstanın milli geoloji-kəşfiyyat şirkəti “Qazgeology” və Qazaxıstanın milli dağ-mədən şirkəti olan “Tau-Ken Samruk”-un rəhbər şəxsləri ilə görüş çərçivəsində polimetal yataqlarında texnoloji həllər, geoloji-kəşfiyyat işləri, beynəlxalq tərəfdaşların cəlbi istiqamətində görülən tədbirlər, habelə dağ-mədən sənayesində mövcud tendensiyalar və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 19 iyunda “AzerGold” QSC-nin nümayəndə heyəti 19-22 iyun tarixlərində keçirilən Dünya Dağ-Mədən Konqresində (World Mining Congress) iştirak edib. 49 ölkənin nümayəndələrini qəbul edən beynəlxalq tədbir 1958 ildən başlayaraq hər 2-3 ildən bir keçirilir.

Qazaxıstana səfər “AzerGold” QSC-nin beynəlxalq əlaqələrin inkişaf etdirilməsi siyasəti çərçivəsində baş tutub. Azərbaycanda dağ-mədən sənayesinin kompleks inkişafını hədəfləyən “AzerGold” QSC-nin fəaliyyətində beynəlxalq tərəfdaşlıq əlaqələrin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir.

Reklam hüququnda

 

 

Paylaş:
678

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər