Şəhərlərarası biletləri onlayn sifariş etmək mümkündür | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhərlərarası biletləri onlayn sifariş etmək mümkündür

11:25 - 22 / 06 / 2018
Şəhərlərarası biletləri onlayn sifariş etmək mümkündür

Hazırda şəhərlərarası və beynəlxalq sərnişin daşımada iştirak edən avtobusların yola salınma prosesi və onlayn bilet satışı avtomatlaşdırılıb, mərkəzi məlumat bazası mövcuddur.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, sərnişin onlayn rejimdə beynəlxalq internet şəbəkəsi vasitəsilə reysə 10 gün qalmış gedəcəyi istiqamətdə bilet əldə edə bilər:

“Sərnişinlərin onlayn rejimdə daha uzun müddətli dönəm üçün və hər iki istiqamətdə (gediş və dönüş) bilet əldə etməsi prosesinin reallaşdırılması “Avtomobil nəqliyyatı-yeni tənzimləmə konsepsiyası” layihəsinin əsas tərkib hissəsidir. Bu məqsədlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) “Vahid elektron bilet” proqram təminatı üzərində təkmilləşdirmə işlərinə başlayıb”.

O bildirib ki, bu layihənin nəticəsi olaraq şəhərlərarası sərnişin daşımalarında onlayn dispetçer xidməti vasitəsilə hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq.

S.Xankişiyeva

 

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər