Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək

17:35 - 25 / 06 / 2018
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edəcək

İyunun 29-da vergilər naziri Mikayıl Cabbarov Qəbələ şəhərində Qəbələ, İsmayıllı və Oğuz rayon sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbul 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 25-28 iyun 2018-ci il tarixlərində Qəbələ şəhərində 10 saylı Ərazi Vergilər İdarəsinə, İsmayıllı rayonunda vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

1news.az

Paylaş:
514

Son xəbərlər

Bütün xəbərlər