Nazir: Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadirdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadirdir

14:50 - 27 / 06 / 2018
Nazir: Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadirdir

1news.az-ın məlumatına görə, mərasim açıq elan edildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranlarının iştirakı ilə keçirilən tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov nitq ilə çıxış edib.

Qonaqları salamlayan müdafiə naziri bildirib:

“Bildiyiniz kimi, bu gün xalqımız Azərbaycan Ordusunun yaradılmasının 100-cü ildönümünü qeyd edir.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qeyd edildiyi kimi, Azərbaycan Ordusu 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun varisidir. 1918-ci il iyun ayının 26-da Müsəlman Korpusunun bazasında Əlahiddə Azərbaycan Korpusunun təşkilinə başlanıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün - 26 iyun tarixi “Azərbaycan Ordusu” günü kimi elan edilib.

O tarixdən bu günədək Azərbaycan Ordusu parlaq inkişaf yolu keçib. 1918-ci ildə dost və qardaş Türkiyədən gələn hərbi qüvvələr və Əlahiddə Azərbaycan Korpusunun bölmələrindən ibarət olan Qafqaz İslam Ordusu Azərbaycan torpaqlarını, xüsusilə Bakını işğaldan  azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunub. O cümlədən, 1920-ci ildə Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzünün  qarşısının alınmasında böyük nailiyyətlər əldə edib.

1991-ci ildə, xalqımız ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycan Milli Ordusu yaradılmış və Ordu quruculuğu sahəsində mühüm addımlar atılıb.

Azərbaycanda müasir ordu quruculuğunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Qısa müddət ərzində Ordumuz qarşısına qoyulan hər bir vəzifəni yerinə yetirməyə qadir hərbi qüvvəyə çevrilib. Bu gün Azərbaycan Ordusu, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə dünya ordularının sırasında öz layiqli yerini tutub. Ali Baş Komandanın qeyd etdiyi kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir.

Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.

Hörmətli mərasim iştirakçıları!

Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış torpaqları Ermənistan Respublikası tərəfindən işğal edilib. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Ancaq Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymur və işğala davam edir.

Xalqımız, dövlətimiz və onun Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Ordumuza və onun şəxsi heyətinə göstərilən diqqət və qayğı bir ali məqsədə xidmət edir: torpaqlarımızı erməni işğalçılarından azad edərək, Respublikamızın ərazi bütövlüyünü bərpa etmək, regionda sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfə vermək.

Hörmətli tədbir iştirakçıları!

Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi  bir çox dövlətlə, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığını ildən-ilə inkişaf etdirir.

Bu gün dövlətimizin qarşısında ciddi təhlükəsizlik məsələlərinin olmasına baxmayaraq, Azərbaycan Ordusu sülhməramlı əməliyyatlarda iştirak edərək beynəlxalq sülh və təhlükəsizliyə ciddi töhfə verməkdədir.

Hörmətli tədbir iştirakçıları!

Çıxışımın sonunda, dəvətimizi qəbul edib, belə bir tarixi gündə sevincimizə şərik olduğunuz üçün Sizlərə dərin minnətdarlığımı bildirir, bütün dost və qardaş ölkələrə sülh və əmin-amanlıq arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm!”

Sonra bayram münasibətilə Hərbi Paradda iştirak edən xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmələri haqqında müdafiə nazirinin əmri oxunub.

Tədbir xalq mahnıları, Azərbaycan və xarici bəstəkarların əsərlərinin ifa olunduğu geniş bayram konserti ilə yekunlaşıb.

1news.az

Paylaş:
434

Son xəbərlər

Toyuna hazırlaşan qız faciəvi şəkildə öldüBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14
Bütün xəbərlər