“Qayğı-Sağlam Nəsil Naminə” birliyinin uşaqları çimərlik futbolu üzrə Avropa Liqası Turnirində - FOTO

Bu il çimərlik futbolu üzrə Avropa Liqası Turniri Bakıda Su İdman Arenasında keçirildi.
Turnirdə Azərbaycan, Portuqaliya, Belarus, Fransa, Ukrayna, Almaniya, İsveçrə və İtaliya milli komandaları iştirak etdi.
Turnir ərəfəsində Azərbaycan, Almaniya, İtaliya, Fransa komandalarının oyuncuları “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən daun sindromlu şəxslərin reabilitasiya mərkəzinin uşaqları ilə kiçik oyun keçirdilər.
İdmançılar uşaqlara çimərlik futbolunun incəliklərindən danışıb bəzi praktik bacarıqları da öyrətdilər.
Reabilitasiya mərkəzinin nümayəndələri öz adlarından Beynəlxalq Çimərlik Futbol Federasiyasına bu cür tədbir üçün təşəkkürlərini bildirdilər.
Qeyd edək ki, Çimərlik futbolu üzrə Avropa Liqası turnirində müvafiq olaraq birinci və ikinci qrupun qalibləri Portuqaliya və Ukrayna komandaları oldu.
Reklam hüququnda