Avropa Şurasında CEPEJ-in azərbaycanlı vitse-prezidenti Almaniya və Finlandiyanı təltif edir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropa Şurasında CEPEJ-in azərbaycanlı vitse-prezidenti Almaniya və Finlandiyanı təltif edir – FOTO – VİDEO

15:00 - 30 / 06 / 2018
Avropa Şurasında CEPEJ-in azərbaycanlı vitse-prezidenti Almaniya və Finlandiyanı təltif edir – FOTO – VİDEO

Avropa Şurasının Parlament Assambleyasının iclası ilə yanaşı, cari ilin iyun ayının 27-29 tarixlərində Strasburqda Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) növbəti plenar iclası keçirilib.

1news.az Avropa Şurasının (AŞ) mətbuat xidmətinə istinadla xəbər verir ki, plenar iclas Avropa məkanında əlamətdar hadisə sayılan – Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) yaradılmasının 15 illiyinin qeyd olunmasına həsr olunmuş təntənəli mərasimə təsadüf edib.

Son dövrlər Avropa Şurasının ölkəmizlə münasibətinin gərginləşməsinə baxmayaraq, təqdirəlayiq haldır ki, həmin təltifetmə mərasimi zamanı Azərbaycan nümayəndəsi – həmin komissiyanın vitse-presidenti, hakim Ramin Qurbanova Avropa Şurası adından Almaniya və Finlandiya nümayəndələrinin mükafatla təltif edilməsi həvalə olunub.

Fotoda: Vitse-prezident Ramin Qurbanov və Almaniyanın Federal Ədliyyə Nazirliyinin Departament rəhbəri Matthias Heger

Fotoda: Vitse-prezident Ramin Qurbanov və Finlandiyanın Ədliyyə nazirinin müavini Kari Samuli Kiesilainen

Tədbirdə 15 il ərzində Avropada ədliyyənin inkişafı işində səmərəli və fasiləsiz fəaliyyət göstərmiş cəmi beş ölkənin – Almaniya, Finlandiya, Andorra, Macarıstan və Latviyanın nümayəndələri təltif olunmağa layiq görülüblər.

İclasda Avropa Şurasının 47 üzv dövlətini təmsil edən nümayəndələr və ədalət mühakiməsi sahəsində ixtisaslaşan müxtəlif  beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Təntənəli keçirilən iclasın açılışına Avropa Şurasının və Avropa İttifaqının rəsmiləri dəvət olunublar. Avropa Şurasının Baş katibinin müavini xanım Qabriella Battaini-Draqoni iclası açıq elan edərək CEPEJ-in 15 il ərzində əldə etdiyi nailiyyətlər münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Ədliyyə, məhkəmə, prokurorluq və vəkillik üzrə Avropa Şurasının nüfuzlu və ixtisaslaşmış qurumu olan Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası 2002-ci ildə yaradılıb. CEPEJ-in əsas məqsədi Avropa məkanında ədalət mühakiməsi sistemlərinin səmərəliliyi və keyfiyyətinin artırılması, onların Avropa Şurası tərəfindən tətbiq edilən standart və normalara uyğunlaşdırılması işində üzv dövlətlərə köməklik göstərilməsindən ibarətdir.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin əməkdaşları da iştirak ediblər.

1news.az

Paylaş:
797

Son xəbərlər

Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54
Bütün xəbərlər