Oksananın “sevgisi” yalan oldu – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Oksananın “sevgisi” yalan oldu – FOTO

15:22 - 29 / 06 / 2018
Oksananın “sevgisi” yalan oldu – FOTO

Ötən gün rəqqasə Oksana Rəsulova instaqram səhifəsində sevgilisi ilə əl-ələ çəkdirdiyi fotonu bölüşüb.

O, həmin paylaşıma “Nə yaxşı ki, varsan, həyatımdasan” yazıb.

1news.az-ın verdiyi xəbərə görə, rəqqasənin bu addımı sosial şəbəkələrdə müzakirə olunub və izləyicilər həmin şəxsin kimliyi ilə maraqlanıb.

Bəziləri Oksananın eks-əri Elşad Xosenin acığına bu paylaşımı etdiyini, digərləri isə şəklin, ümumiyyətlə, real olmadığını iddia ediblər.

Məsələyə aydınlıq gətirmək üçün sözügedən şəkli “Google”nun foto bölməsində axtarışa verilib və iddiaların doğru olduğu məlum olub.

S.Xankişiyeva

Orijinal foto

 

Paylaş:
1119

Son xəbərlər

Bütün xəbərlər