“Titanik” haqda bilmədiyimiz maraqlı faktlar - FOTO | 1news.az | Xəbərlər
Dünya

“Titanik” haqda bilmədiyimiz maraqlı faktlar - FOTO

10:40 - 02 / 07 / 2018
“Titanik” haqda bilmədiyimiz maraqlı faktlar - FOTO

Filmdə gəmi batarkən ifa etməyə davam edən musiqiçilər ssenari gözəlləşsin deyə yaradılan bir səhnə deyil. Hadisə baş verən zaman həqiqətən də insanları sakitləşdirmək üçün bu üsuldan istifadə ediblər.

1news.az Oxu.az-a istinadən bildirir ki, "Titanik" gəmisi o qədər böyük idi ki, sadəcə ocağa kömür atan insanların sayı 176 nəfər idi.

Gəmidəki aşpazlardan biri o qədər çox spirtli içki qəbul etmişdi ki, soyuq suda sağ qalmışdı.

"Titanik" yola çıxmazdan bir gün öncə qayıqların necə istifadə edilməsi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulsa da, naməlum səbəbdən keçirilməmişdi.

Gəmidəki qayıqların çoxu götürə biləcəyi insan sayından daha az yükləndiyi üçün ümumi sərnişinlərin 53 faizi yox, 31 faizi sağ qaldı.

Gəmini batıran aysberq 30 saniyə daha tez görülsəydi faciə baş verməyəcəkdi.

Aysberqə çırpılan gəminin batması 2 saat 40 dəqiqə çəkib. Bunun səbəbi isə "Titanik"də çalışan 30-dan çox insanın özünü fəda edərək gəmini işlək vəziyyətdə tutması idi.

Mühəndislərin fikrincə, gəminin 6 əvəzinə 4 bölməsi sular altında qalsaydı gəmi batmayacaqdı.

Gəminin dördüncü bacası tamamilə saxta idi. Bu baca sonra əlavə olunmuşdu. Çünki gəminin çox nəhəng və simmetrik görünməsini istəmişdilər.

"Titanik" faciəsindən qurtulan yaponiyalı bir şəxs digər sərnişənlərlə öölmədiyi üçün ölkəsində qorxaq elan edilmişdi.

Gəmidəki ən bahalı və lüks otaqların indiki dövrdə olsa idi, qiyməti 108 min manat olardı.
Bir çox evli cütlüklər bal ayı keçirmək üçün "Titanik"i seçmişdi.

Gəminin qopmasına səbəb olan aysberq eramızdan əvvəl mininci illərdə qopub həmin yerə gəlib çıxıb.

Bu günün gəmilərinin aysberqlə qarşılaşma ehtimalı daha yüksək olsa da, "Titanik" aysberqə çırpılan ilk və tək okean gəmisidir.

Eyniadlı filmdə Rozu canlandıran Keyt Uinslet ekran işinin soundtreki "My heart will go on" mahnısına nifrət edir.

Filmə çəkilən xərc gəminin hazırlanma büdcəsindən qat-qat çoxdur.

"Titanik"in hissələrinin tamamilə tapılması yetmiş üç il çəkib.

Gəmidə sahibi ilə birlikdə səyahət edən on iki itdən yalnız üçü xilas edilib.

"Titanik" batandan 29 gün sonra bu mövzudan bəhs edən film yayımlanıb. Baş rolunda isə gəmi batarkən son anda qurtulmuş Doroti Gibson oynayıb.

Gəminin sahibi olan şirkət musiqiçilər geyindiyi uniformaları geri gətirməyib deyə ailələrini cərimələyib.

Remon Artaqaveytia adlı bir şəxs 1871-ci ildə batan bir gəmidən qurtulduğuna görə dənizlə səyahət edəcəyinə tövbə edib. O, daha sonra qorxusundan qurtulmaq üçün "Batırıla bilməz" deyə lansə edilən "Titanik"lə 1912-ci ildə son səyahətinə çıxıb.

İki dəfə qayığa minməyi rədd edən Tomas Bayles adlı rahib sərnişinləri sakitləşdirmək və günahlarının bağışlanmasında kömək etmək üçün gəmidə qalmağı seçib.

1912-ci ildəki qəzadan 14 il öncə Morqan Robertson "Batırıla bilməz" şüarı ilə ifadə etdiyi aysberqlə qarşılaşaraq batan "Titan" adlı gəmi barədə kitab yazıb.

Yaxın günlərə qədər bilinməyən və "Halomonas Titanicae" adı verilən pas yeyən yeni bakteriya növü 20 il içərisində "Titanik"in qalıqlarını tamamilə yox edəcək.

1news.az

Paylaş:
8977

Sizin üçün xəbərlər

Son xəbərlər

Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12
Bütün xəbərlər