Bakı metrosu bu gün fəaliyyətini bərpa etməyəcək - YENİLƏNİB

Bakı metrosu bu gün fəaliyyətini bərpa etməyəcək.
1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli məlumat verib.
O bildirib ki, qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından Bakı Metropoliteni bu gün fəaliyyətini bərpa etməyəcək.
1news.az
2018/07/03 20:27
Elektrik enerjisində yaranan fasilə ilə əlaqədar Bakı metrosunun bütün girişləri bağlanıb.
1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədli məlumat verib.
O bildirib ki, metronun stansiyalarındakı və tuneldə qalan qatarlardakı sərnişinlərin mərhələli şəkildə çıxarılmasına başlanılıb. Hazırda təxliyə işləri aparılır. Təmas relslərindən gərginliyin çıxarılması ilə bağlı da əmr verilib. Bu addım elektrik enerjisinin yenidən veriləcəyi təqdirdə xoşagəlməz halların qarşısını almaq məqsədilə atılıb.
1news.az