Səhiyyə Nazirliyi: İşıqların sönməsi xəstəxanaların işində problem yaratmayıb

Mingəçevir İES-də baş vermiş yanğın xəstəxanaların işində problem yaratmayıb.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
“Ölkə ərazisində fəaliyyət göstərən xəstəxanalar generatorla təchiz olunub. Elektrik enerjisinin verilişi dayandırıldıqda, generatorlar avtomatik işə düşüb və xəstəxanaları fasiləsiz elektrik enerjisi ilə təmin edib”.
S.Xankişiyeva
870