Bütün cəzaçəkmə müəssisələrinin enerji təminatı bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bütün cəzaçəkmə müəssisələrinin enerji təminatı bərpa olunub

10:49 - 03 / 07 / 2018
Bütün cəzaçəkmə müəssisələrinin enerji təminatı bərpa olunub

Ədliyyə Nazirliyi Penitensiar Xidməti elektrik enerjisinin verilişində yaranan problemə görə cəzaçəkmə müəssisələrindəki vəziyyətə aydınlıq gətirib.

1news.az-ın verdiyi xəbərə görə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, artıq cəzaçəkmə müəssisələrinin hamısında elektrik enerjisinin təminatı bərpa olunub.

Onun sözlərinə görə, enerji fasiləsi yaranan zamanda da ehtiyat dizel mühərriiklərinin köməkliyi ilə müəssisələrin hamısına elektrik enerjisi verilib.

S.Xankişiyeva

 

Paylaş:
471

Son xəbərlər

Bütün xəbərlər