Səhiyyə Nazirliyi: Bakı metrosunda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanaya yerləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə Nazirliyi: Bakı metrosunda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanaya yerləşdirilib

23:31 - 03 / 07 / 2018
Səhiyyə Nazirliyi: Bakı metrosunda 17 nəfərin halı pisləşib, 5 nəfər xəstəxanaya yerləşdirilib

Dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidməti gücləndirilmiş iş rejimində çalışır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xüsusi briqadalar ayrılaraq "Bakı Metropoliteni"nin stansiyalarının qarşısında yerləşdirilib.

“Bu saata kimi "103" xidmətinə 17 müraciət daxil olub. Əksəriyyətinə yerində lazımi tibbi yardım göstərilib. 5 nəfər profilaktik məqsədlə xəstəxanalara yerləşdirilib. Onların həyati təhlükəsi yoxdur”, - Nazirliyin məlumatında deyilir.

1news.az

Paylaş:
350

Son xəbərlər

Bütün xəbərlər