İcra başçısını güllələyən şəxsin fotosu yayıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

İcra başçısını güllələyən şəxsin fotosu yayıldı

11:05 - 04 / 07 / 2018
İcra başçısını güllələyən şəxsin fotosu yayıldı

Ötən axşam Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyev və mühafizəçisi güllələnib.

1news.az xəbər verir ki, rəsmi qurumların yaydığı məlumata görə, icra başçısını güllələyən şəxs 1983-cü il təvəllüdlü Yunis Səfərovdur.

Sosial şəbəkələrdə Y.Səfərovun pasportunun surəti paylaşılıb. Məlum olur ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və  Moskva şəhərində yaşayırmış. Azərbaycana gəlişinin səbəbinin də icra başçısına qarşı həyata keçirmək istədiyi plan olub. 

Qeyd edək ki, dünən saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında Y.Səfərovun odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Y.Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və  228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılaraq prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

1news.az

Paylaş:
2154

Son xəbərlər

Bütün xəbərlər