Namiq Əliyev: Biznes-tərəfdaşlar bizimlə əməkdaşlıqdan məmnun qalacaq, çünki onların məhsulu ikiqat artacaq – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Namiq Əliyev: Biznes-tərəfdaşlar bizimlə əməkdaşlıqdan məmnun qalacaq, çünki onların məhsulu ikiqat artacaq – FOTO

12:07 - 04 / 07 / 2018
Namiq Əliyev: Biznes-tərəfdaşlar bizimlə əməkdaşlıqdan məmnun qalacaq, çünki onların məhsulu ikiqat artacaq – FOTO

Azlocation.az layihəsinin başlıca məqsədi adətən axtarılan şirkət və yerlərin rahat əldə edilməsi üçün məlumatın təşkildir. Azlocation.az-ın təsisçicsi Namiq Əliyevlə müsahibədə bir çox məqamları oxucuların diqqətinə çatdırırıq:

Azlocation.az layihəsinin başlıca məqsədi turist və yerli sakinlərin adətən axtardıqları şirkət və məkanların məlumatlarının rahat əldə edilməsinin təşkili, eləcə də Azərbaycanın turist və biznes potensialının tanınmasına dəstəkdir.

Müsahibədə Azlocation.az layihəsi ilə bağlı bir çox məqamları oxuculara çatdırırıq:

- İlk olaraq Azlocation.az layihəsinin necə yarandığından bəhs edərdiniz? İdeyanın müəllifi kimdir? Layihənin hazırlanması nə qədər zaman aldı?

- Ölkədə həyata keçirilən uzaqgörən siyasətinin nəticəsi olaraq respublikamızın xaricdə tanınması gələn turist sayını artıb. Buna görə də, Bu sahədə əcnəbi turistlər üçün kifayət qədər informativ məhsulların (websayt, application) olmamasını, həmçinin mövcud naviqasiya xarakterli məhsulların dolğun olmamasını müşahidə etdikdə AzLocation layihəsinin startına qərar verdik. Şirkətimiz 2017-ci ildə yaradıldı və fəaliyyətə başladı.

- Azlocation.az layihəsinin başlıca məqsədi nədir? Sizcə, layihə turistlərin marağına necə səbəb ola bilər?

- Azlocation.az layihəsinin başlıca məqsədi turist və yerli sakinlərin adətən axtardıqları şirkət və məkanların məlumatlarının rahat əldə edilməsinin təşkili, eləcə də Azərbaycanın turist və biznes potensialının tanınmasına dəstəkdir.

- Azlocation.az istifadəçilərinin bilməsi üçün əsas məlumat nədir?

- Azlocation.az – olduqca yeni və dinamik layihədir. Layihənin məqsədi istifadəçilər və tərəfdaşlar arasında qarşılıqlı mənfəətdir. Saytın ziyarətçilərinin sorğularını təmin etdikcə, hər kəs üçün əlçatan məlumatları yerləşdirməyə çalışırıq. Azlocation.az ölkənin turist potensialının inkişafına yönəlib. Layihə gələcək hadisələrlə bağlı məlumatlar verərək, bununla da ölkəmizə turistləri cəlb edəcək. Həmçinin sayt bütün seqmentləri (kafe, restoran, mağazlar, banklar, otellər və s.) özündə cəmləşdirərək, bunlarla özü üçün maksimum fayda ilə çalışır.

- Azlocation.az tez-tez yenilənəcək?

- Saytın ziyarətçiləri məhsul və xidmətlərlə bağlı tərəfdaşları daim məlumatlandıracaq. Bu da istehlakçının daha çox məlumat əldə etməsinə, tərəfdaşlıq etibarının artmasına səbəb olacaq.

- Azlocation.az mobil tətbiqinin üstünlüyü nədədir?

- Tətbiqləri bu linklər vasitəsilə yükləmək mümkündür  – AndroidIOS. Azlocation.az saytını və mobil tətbiqini seçməklə ümumilikdə tərəfdaşımız əmin ola bilər ki, onun məhsulu əmin əllərdədir. Öz növbəsində də layihə istifadəçinin həyatını asanlaşdıraraq verilmiş suallara daha tez cavab tapmasını təmin edir. Saytda və mobil tətbiqdə xüsusi bölmələr var ki, burada bütün seqmentlər əhatə olunub.

Son illər Azərbaycana gələn turist sayında artım müşahidə olunur. Onlar butik, kafe və restoranların yerləşməsi ilə daha çox maraqlanırlar. İstifadəçi saytı ziyarət etməklə lazım olan informasiyanı əldə edir. Auditoriyamız genişdir. Biznes-tərəfdaşlar Azlocation.az ilə əməkdaşlıq etməkdən məmnun qalacaqlar. Belə ki, onların məhsul və xidmətləri ikiqat artacaq.

- Azlocation.az saytına və kataloqunu necə əldə etmək olar?

- Bunun üçün aşağıda göstərilmiş əlaqə nömrəsinə zəng etməklə: (+99450) 251-10-10; [email protected] elektron ünvanına yazmaqla və ya sosial şəbəkələrdə Instagram (@azlocation.az) və Facebook bizi tapmaqla əldə etmək mümkündür.

- Təqdim etdiyiniz SMM xidmətindən də bəhs edərdiniz.

- Müasir dövrdə həyatımızı sosial mediasız təsəvvür etmək mümkün deyil. Buna görə də, özünə və müştərisiniə hörmət edən hər bir şirkət SMM xidmətdən istifadə edir. Lazımi istiqaməti agentliyimiz vasitəsilə sifariş etmək olar. Bunu [email protected] elektron ünvanına sorğu göndərməklə və ya (+99450) 251-10-10 telefon nömrəsinə zəng etməklə mümkündür. İstənilən mürəkkəb layihəni həyata keçirməyi bacarırıq. Tapşırıqlarınızı gözləyirik!

- Azlocation.az yaxın gələcək üçün hansı plan və öhdəlikləri qarşıya qoyub?

- Azlocation.az-ın ilk planı beynəlxalq səviyyəyə çıxmasıdır. Burada taksi sifarişi və ayıq sürücü xidmətləri, təcili yardım və tətbiqimiz vasitəsilə polis yardımı, eləcə də real zaman rejimində hansısa obyekti izləmək imkanıdır. Azlocation.az-dakı dəyişiklikləri və bütün xəbərləri izləyin.

Daha ətraflı məlumatı Azlocation.az saytına daxil olmaqla, eləcə də (+99450) 251-10-10 nömrəsinə zəng etməklə və [email protected] elektron ünvanına yazmaqla əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər