DİN icra başçısına sui-qəsd edən şəxslə bağlı açıqlama yayıb

Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb.
1news.az-ın verdiyi xəbərə görə, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib:
“O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.
S.Xankişiyeva
Baş Prokurorluq, DİN və DTX Elmar Vəliyevə sui-qəsdlə bağlı birgə məlumat yayıb - YENİLƏNİB