BANM-ın Məzun Günündə unudulmaz anlar – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın Məzun Günündə unudulmaz anlar – VİDEO

15:18 - 05 / 07 / 2018
BANM-ın Məzun Günündə unudulmaz anlar – VİDEO

Bu il “Bakı Ali Neft Məktəbinin məzunu” adını qazanan tələbələr üçün möhtəşəm Məzun Günü keçirildi.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və  “Kimya mühəndisliyi” ixtisasları üzrə Ali Məktəbi bitirən tələbələr elə Məzun Günündə öz diplomlarını əldə etdilər. Məzunlar arasından 12 nəfər isə Ali Məktəbi Fərqlənmə diplomu ilə bitirdi.

Qeyd edək ki, hər zaman sahə üzrə dərin bilikləri, praktiki təcrübələri və dil biliyi ilə seçilən BANM-ın məzunları  daim yerli və xarici şirkətlərin diqqət mərkəzindədirlər. Keçən ilki məzunlar kimi 2018-ci il məzunları da hələ diplom almamış şirkətlər tərəfindən iş təklifi əldə ediblər.

Bakı Ali Neft Məktəbinin Məzun Günündən olan o unudulmaz anı – papaqatma mərasimini sizlərə təqdim edirik:

S.Xankişiyeva

 

Paylaş:
725

Son xəbərlər

Bütün xəbərlər