Fuad Muradov: Erməni lobbisinə ağır zərbələr endirəcəyik | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Muradov: Erməni lobbisinə ağır zərbələr endirəcəyik

15:54 - 05 / 07 / 2018
Fuad Muradov: Erməni lobbisinə ağır zərbələr endirəcəyik

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov erməni diaspor təşkilatlarına xəbərdarlıq edib.

1news.az-ın verdiyi xəbərə görə, komitə sədri jurnalistlərə açıqlamasında bildirib ki, erməni diaspor təşkilatları çirkin niyyətlərindən əl çəkməsə, onlara ağır zərbə vurulacaq:

“Erməni diasporu hazır olsun. Artıq bizim bütün istiqamətlərdə Azərbaycan diasporunda birləşmə prosesi gedir və erməni diasporu hazır olmalıdır ki, bu illər ərzində öz çirkin fəaliyyətlərinin qarşısının alınmasını görəcəklər. Biz onların təxribatlarını bilirik, onlar çalışırlar ki, müxtəlif işlər həyata keçirsinlər.

Diaspor təşkilatlarının birləşərək milli məqsədlərə çatmaları fəaliyyətində Diasporla iş üzrə Dövlət Komitəsi onların yanında olacaq. Bu gün bizim torpaqlarımız işğal altındadır. Erməni lobbisi və onu dəstəkləyən qruplar artıq bilməlidirlər ki, yaxın zamanlarda onlara çox böyük ciddi zərbələr endiriləcək. Bu, Azərbaycanın ən vacib məsələlərindən biri olan ərazi bütövlüyü məsələsidir”.

F.Muradov həmçinin dünya azərbaycanlılarını birləşməyə çağırıb:

“Azərbaycanlılara səslənərək deyirəm ki, Azərbaycan naminə, müstəqilliyin qorunub saxlanması istiqamətində atılan addımlarında biz onların yanındayıq. Bir daha erməni diasporuna xəbərdarlıq edirəm ki, onlar öz çirkin əməllərindən vaz keçsinlər. Bizim diaspor təşkilatlarımız birləşir”.

S.Xankişiyeva

 

Paylaş:
475

Son xəbərlər

Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57
Bütün xəbərlər