“SABAHın məzunu” mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“SABAHın məzunu” mərasimi keçirilib - FOTO

17:22 - 05 / 07 / 2018
“SABAHın məzunu” mərasimi keçirilib - FOTO

İyulun 5-də Bakı Konqres Mərkəzində “SABAHın məzunu” mərasimi keçirilib.

1news.az-ın məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, administrasiyanın Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, dövlət və özəl qurumların rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, media kapitanları, təhsil ekspertləri və tələbələr iştirak edib.

Tədbirdən öncə iştirakçılar mərkəzin foyesində “Mən SABAHAM” adlı sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş olunub.

Təhsil naziri Ceyhun Bayramov tədbirdə çıxış edərək təhsilin inkişafının ölkəmiz üçün bütün dövrlərdə müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin “qara qızılın insan kapitalına çevrilməsi” konsepsiyasının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini, həyata keçirilən təhsil islahatlarının məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, SABAH layihəsi beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı məhz Azərbaycanın dəyərləri və ölkə qarşısında duran məqsədlər nəzərə alınaraq yaradılmış bir təhsil modelidir. 4 il öncə yaradılmış SABAH qruplarının ilk nəticələri haqqında danışan təhsil naziri bildirib ki, 2017-ci ildə ali təhsil müəssisələrini bitirmiş 721 SABAH məzununun 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistratura səviyyəsində təhsilini davam etdirir, 30 faizdən çoxu isə peşəkar həyata qədəm qoyub.

Müasir və sürətlə dəyişən dünyada uğura gedən yolun peşəkar bilik və bacarıqların, innovasiyalara açıq olmaq qabiliyyətinin birliyindən keçdiyini deyən təhsil naziri bu yolda hər bir SABAH məzununa uğurlar arzulayaraq onları təbrik edib.

Daha sonra SABAHın məzunları – Bakı Musiqi Akademiyasının tələbəsi Vüsalə Babayeva və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Samir Hüseynov SABAHın onlar üçün yaratdığı imkanlardan, bu qruplarda müasir dünyanın tələblərinə cavab verən yüksək hazırlıqlı mütəxəssislərin yetişməsi üçün münbit şəraitdən danışıb, əldə etdikləri bilik və bacarıqların gələcək karyeralarında əhəmiyyətli rol oynayacağını qeyd ediblər.

Mərasimdə təhsil aldıqları müddətdə ən yüksək akademik göstəricilər əldə edən SABAH məzunlarına sertifikatlar təqdim olunub, həmçinin simvolik SABAH açarı III kurs tələbələrinə verilib.

Sonda SABAH qruplarının himni səsləndirilib.

Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 dövlət ali təhsil müəssisəsində yaradılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 40-dan artıq ixtisas üzrə 2300-dən çox tələbəni əhatə edir.

2017-2018-ci tədris ilində isə 842 SABAH məzunu təhsilini başa vurur.

Babək Cahandarov

FOTO: MALTUS

Paylaş:
667

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52
Bütün xəbərlər