Temperatur 4-6 dərəcə aşağı enəcək, yağış və dolu yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Temperatur 4-6 dərəcə aşağı enəcək, yağış və dolu yağacaq

13:30 - 06 / 07 / 2018
Temperatur 4-6 dərəcə aşağı enəcək, yağış və dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, iyulun 7-dən 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 7-dən 8-i axşamadək qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi, ayrı-ayrı şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

1news.az

Paylaş:
556

Son xəbərlər

Bütün xəbərlər